Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boltonun Azərbaycan səfəri - ABŞ İran mövzusunda Bakıya anlayış nümayiş etdirəcəkmi?

Boltonun səfərindən sonra Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq çərçivəsinin böyümə ehtimalı var?

Zaur Məmmədov: “ABŞ-ın məqsədi Azərbaycanla münasibətləri daha da inkişaf etdirərək AzərbaycanABŞ arasında strateji müttəfiqlik qurmaqdır. Bu fonda isə Qarabağ münaqişəsi Vaşinqtona mane olur”.

Adgözəl Məmmədov: “Bizim İranla bağlayan mədəni və mənəvi əlaqələrimiz var. Orada çox milyonluq soydaşlarımız yaşayır. Ona görə də mən inanmıram ki, Con Bolton İranla bağlı Azərbaycan hakimiyyətinin mövqeyində hansısa dəyişikliklərə nail ola bilsin”.

İki gün öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycanda səfərdə olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Con Boltonu qəbul edib. Görüş zamanı prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıqların həyata keçirildiyini qeyd edib. Qəbula görə minnətdarlığını bildirən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton isə öz növbəsində Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayıb.

Prezident İlham Əlieyv görüş çərçivəsində ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynadığını da qeyd edib. Con Bolton isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyd etdi ki, ABŞ tərəfi bu məsələnin Azərbaycan tərəfi üçün ən yüksək prioritet təşkil edən məsələ olduğunu yaxşı anlayır və bildirdi ki, onun səfərinin əsas məqsədlərindən biri də bu münaqişənin həlli ilə bağlı vəziyyətin Azərbaycan tərəfindən necə dəyərləndirilməsi barədə daha ətraflı məlumat almaqdan ibarətdir.

Həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə İranın nüvə proqramını və onu bu yöndə apardığı siyasətdən çəkindirməklə bağlı məsələləri müzakirə edib. “Biz Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region hesab edirik. Söhbət, xüsusilə, Rusiyaİranla eyni zamanda həmsərhəd olan yeganə ölkədən – Azərbaycandan gedir”, - deyə fikirlərini bildirən Con Bolton həmçinin prezident İlham Əliyevİran mövzusunu müzakirə edib.

Maraqlıdır ki, Con Boltonun Bakı səfərindən sonra Qarabağ probleminin həllində ABŞ-ın aktiv rol alacağını gözləmək olarmı? Həmçinin Azərbaycan-İran münasibətlərinin xüsusi çəkiyə malik olduğunu nəzərə alarsaq, Vaşinqton İran mövzusunun Azərbaycan üçün nə qədər həssas olduğunu başa düşürmü və ABŞ İran mövsusunda Bakıya anlayış nümayiş etdirirmi? Ümumiyyətlə, bu səfərdən sonra Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığın inkişaf edəcəyini güman etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur MəmmədovAvrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adgözəl Məmmədovun fikirlərini öyrənib.

Zaur Məmmədov: “Düşünmürəm ki, Bakı İrana qarşı ABŞ-ın hər hansı bir planlarında yer alsın. Bu, mümkün deyil”.

ABŞ-ın əsas məqsədinin Azərbaycanla strateji müttəfiqlik olduğunu bildirən politoloq Zaur Məmmədov hesab edir ki, İran məsələsində Azərbaycanın ABŞ tərəfdə olması mənfi təsirlərə səbəb ola bilər:

Boltonun Bakı səfəri ABŞ-ın regioanl siyasəti çərçivəsində baş tutub. Bu görüş Rəsmi Bakı ilə Bolton arasında ilk genişformatlı görüşdür. Görüşdə əsasən fikir mübadiləsi aparılıb. Hesab edirəm ki, Bolton səfər çərçivəsində Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyinə təsadüfən toxunmayıb. ABŞ-ın məqsədi Azərbaycanla münasibətləri daha da inkişaf etdirərək AzərbaycanABŞ arasında strateji müttəfiqlik qurmaqdır. Bu fonda isə Qarabağ münaqişəsi Vaşinqtona mane olur. Qafqazdakı münaqişələrin müharibə fazasına keçməsi regionda Moskvanın hərbi rolunu artıracaq. Təbii ki, bu gedişat Ağ Ev üçün arzuolunmazdır.

Əvvəlcədən də bəyan edildiyi kimi, regiona səfərin əsas məğzini İrana qarşı mübarizə təşkil edir. Birmənali olaraq deyə bilərəm ki, Vaşinqton İrandaki rejimin dəyişdirilməsi üçün səylərini artıracaq. İranda milyonlarla azərbaycanlı yaşayır, eyni zamanda ölkəmiz Rusiyaİran arasında yerləşən vacib geostrateji nöqtədə yerləşir. Düşünmürəm ki, Bakı İrana qarşı ABŞ-ın hər hansı bir planlarında yer alsın. Bu, mümkün deyil. Bundan başqa, Bakı cənubdakı siyasi sistemin dəyişdirilməsində də maraqlı deyil.

Zaur Məmmədov: “Qafqazdakı münaqişələrin müharibə fazasına keçməsi regionda Moskvanın hərbi rolunu artıracaq. Təbii ki, bu gedişat Ağ Ev üçün arzuolunmazdır”.

ABŞ-ın İranı ələ almasının Azərbaycan üçün mənfi tərəfləri bəlkə də müsbət tərəflərdən daha çoxdur. Eyni zamanda Azərbaycanın apardığı xarici siyasət balanslı, mehriban qonşuluq şəraitinə köklənib. Biz potensialımızdan istifadə edərək münaqişələri alovlandıran deyil, sülh üçün tərəfləri barışdıracaq addımlar ata bilərik.

İranın ABŞ-la bağlı indiki halda siyasətinin dəyişməsi ehtimalı olsa da, bunu etmək İran rejiminin çökməsinə səbəb olar. Çünki rejimin ideologiyasının əsasını təşkil edən kriteriyalar yox olacaq. Ümumillikdə demək olar ki, Buş dövründə olduğu kimi ABŞ Tramp administrasiyası tərəfindən də Qafqaza diqqətin artmasının şahidi olacağıq. 907-ci maddənin dondurulması ehtimalı o deməkdir ki, hətta hərbi - texniki müstəvidə belə Vaşinqton və Bakı arasında əməkdaşlıq istisna edilə bilməz. Yaxın vaxtlarda tərəfler arasında davamlı şəkildə dialoqun şahidi olacağıq”.

Adgözəl Məmmədov: “ABŞ analitik çevrələri və düşüncə mərkəzləri Azərbaycana xüsusi diqqət göstərirlər”.

ABŞ-ın Qafqaz üzrə xarici siyasətində Azərbaycanın xüsusi əhəmiyyət kəsb etdiyini bildirən politoloq Adgözəl Məmmədova görə, bütün hallarda Azərbaycan öz maraqlarından çıxış edərək digər dövlətlərin siyasi oyuncağı olmamağa üstünlük verir:

ABŞ-ın bizim regionda xüsusi maraqları mövcuddur. Ümumiyyətlə, Qafqaz xarici siyasəti və Avrasiya coğrafiyasının aparıcı nöqtələrindən biri Azərbaycandır. Bu amil ABŞ-ın region üzrə xarici siyasətinin əsasını təşkil edir.

Hətta regionun ən böyük tədqiqatçılarından olan və ABŞ geosiyasətinin aparıcı simalarından biri olan Zbiqnev Bjezinski “Böyük Şahmat Lövhəsi” kitabında Azərbaycanı ABŞ-ın Qafqaza dair siyasətində xüsusi əhəmiyyətə malik dövlət kimi göstərib. Hətta Azərbaycanı Avrasiya coğrafiyasının açarı hesab edib. Göründüyü kimi, ABŞ analitik çevrələri və düşüncə mərkəzləri Azərbaycana xüsusi diqqət göstərirlər. Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, son illər ölkəmizin həyata keçirdiyi müstəqil siyasət də bu diqqətin artmasına səbəb olub.

Regionda Azərbaycanın milli maraqlarına söykənən xarici siyasət həyata keçirilir. Ən bariz nümunələrdən biri Azərbaycanın karbohidrogen ehtiyatlarının Qərblə birlikdə istismarı və təhlükəsiz şəkildə Avropa bazarlarına çatdırılması istiqamətində atılan addımlardır. Eyni zamanda quruculuğun Rusiyadan kənar, Avropa və digər şirkətlərlə mövcud əməkdaşlığı Azərbaycanın siyasi vəziyyətinə təsir edir. Sanki Azərbaycan Avropanın İsveçrə dövləti kimidir. Biz çoxvektorlu xarici siyasət həyata keçiririk. Xarici iyasətimizin bir hissəsi keçmiş MDB məkanıdırsa, digər hissəsi türk coğrafiyası və Avropadır. Bu amillər uğurlu siyasətin nəticəsidir. Bu üzdən də bu gün geosiyasi qüvvələr də Azərbaycanla hesablaşır.

Adgözəl Məmmədov: “Rusiyadan kənar, Avropa və digər şirkətlərlə mövcud əməkdaşlığı Azərbaycanın siyasi vəziyyətinə təsir edir. Sanki Azərbaycan Avropanın İsveçrə dövləti kimidir”.

Biz çox istərdik ki, dünyada söz sahibi olan geosiyasi oyunçular Azərbaycanın işğalçıları ifşa edəcək şəkildə yürütdüyü siyasəti dəstəkləsin. Biz bu istiqamətdə müvafiq addımlar atırıq və xarici siyasətimiz bütünlüklə bu amilə köklənib. Qarşı tərəfin mövqeyini isə zaman göstərəcək. Ümumiyyətlə, cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çoxvektorludur.

##relatedPostMilli##

Boltonun Azərbaycanda İran məsələsini müzakirəyə çıxarmasına gəlincə, İran bizim yaxın qonşumuzdur və Azərbaycanın İrana qarşı siyasəti göz qabağındadır. Azərbaycan İranın daxili işlərinə qarışmır və öz neytrallığını qoruyur. Bizim İranla bağlayan mədəni və mənəvi əlaqələrimiz var. Orada çox milyonluq soydaşlarımız yaşayır. Ona görə də mən inanmıram ki, Con Bolton İranla bağlı Azərbaycan hakimiyyətinin mövqeyində hansısa dəyişikliklərə nail ola bilsin.

Azərbaycan-ABŞ əməkdaşlığına gəldikdə isə ABŞ-la yetərincə əməkdaşlıq üçün imkanlar var. Bu gün Azərbaycanın neft strategiyasının əsas tərəfdaşlıq komponentini ABŞ təşkil edir. Çünki neftin ixracatında, istismarında Amerika şirkətləri iştirak edir. Hətta gələcək proyektlərdə də iştirak edəcəkləri təyin olunub. Eyni zamanda iqtisadiyyatımızın digər sahələrində də ABŞ-la bu və ya digər şəkildə əməkdaşlıqlar mövcuddur. Yəni, Azərbaycanın ABŞ-la əməkdaşlığı maksimum xəttlə davam edir və edəcək”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar