Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken Moldovaya nəyə getmişdi? – “Reuters”

Rusiyanın Ukraynada apardığı müharibədən əziyyət çəkən və Moskvanın işğal dairəsini genişləndirəcəyindən ehtiyatlanan ölkələrdən biri də Moldovadır.

Novator.az bildirir ki, Şərqi Avropada yerləşən Moldova şimal, şərq və cənubdan Ukrayna, qərbdən isə Rumıniya ilə həmsərhəddir. Moldova 1940-cı ildə SSRİnin Rumıniyadan qopardığı Bessarabiya torpaqlarında yaradılıb və müttəfiq respublika statusu ilə Sovet İttifaqının tərkibinə daxil edilib.

1922-ci ildə qurulan SSRİ 1991-ci ildə dağılıb. SSRİ-nin süqutundan bir qədər əvvəl – 1990-cı ildə Moldovanın Dnestryanı bölgəsi respublikadan ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.

2022-ci il fevralın 24-dən Rusiya Ukraynanı tam işğal etmək məqsədilə müharibəyə başlayıb. Bugünədək Ukraynadan qaçqın düşənlərin 230 min nəfərdən çoxu Moldova ərazisinə keçib. Onların 120 min nəfərdən çoxu Moldovada qalıb. Moldovanın öz əhalisinin sayı 3 milyon nəfərə yaxındır.

“Reuters” agentliyi xəbər verir ki, ötən həftə Ukrayna böhranı ilə bağlı Avropa səfərinə çıxan ABŞ-ın dövlət katibi Entoni Blinken martın 6-da Moldovada da olub.

“Reuters”in məlumatına görə, Entoni Blinken Moldova rəhbərlərinə deyib ki, ABŞ dünyanın istənilən ölkəsini, o cümlədən Moldovanı Rusiyanın təcavüzkar aktlarından qorumaq üçün zəruri addımları atmağa hazırdır.

Ukraynada müharibə başlanandan bir neçə gün sonra – martın 3-də Moldova hakimiyyəti ölkənin Avropa İttifaqına üzv olması üçün müraciət etmək qərarına gəlib.

“Reuters”in məlumatına görə, Moldova prezidenti Mayya Sandu ilə birgə mətbuata açıqlama verərkən Entoni Blinken bildirib ki, ABŞ Moldovanın Avropa İttifaqına üzv olmaq istəyini dəstəkləyir, amma hər hansı ölkəni üzvlüyə qəbul edib-etməmək qərarını Avropa İttifaqı özü verir.

“Moldovanı xarici təcavüzdən qorumaq üçün Vaşinqtonun verdiyi zəmanət nədən ibarətdir” sualına cavabında dövlət katibi vurğulayıb ki, Ukraynaya hərbi müdaxilədən sonra ABŞ beynəlxalq birliyi Rusiyanı təcrid etmək, Rusiya iqtisadiyyatını çökdürmək işinə səfərbər edib və Moskva hər hansı başqa yerdə təcavüzə əl atsa, Vaşinqton yenə bu cür davranacaq.

Mayya Sandu bəyan edib ki, separatçı Dnestryanı bölgəsində Rusiyanın 1500 hərbçisi var. Həmin hərbçilərin Moldova torpağında qanunsuz yerləşdirildiyini xatırladan prezident qeyd edib ki, Ukrayna böhranı baş qaldırandan Moldova hakimiyyəti Dnestryanıda vəziyyəti diqqətlə izləyir.

“Hələ ki, bölgədə ciddi bir dəyişiklik müşahidə etməmişik” deyən Sandu əlavə edib ki, buna baxmayaraq xüsusilə indiki böhranlı zamanda Moldova özünü təhlükəsiz duymur və duya da bilməz.

Entoni Blinken ABŞ-ın Rusiyanın ixrac etdiyi təbii qazdan asılı vəziyyətdə olan Moldovaya enerji sektorunu şaxələndirmək üçün yardım edəcəyini, yaxın illərdə Vaşinqtonun bu məqsədlə Kişinyova 18 milyon dollar ayıracağını da açıqlayıb.

Blinken bildirib ki, enerji təhlükəsizliyi və müstəqilliyi milli suverenliyin, dövlət müstəqilliyinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

1972-ci il təvəllüdlü Mayya Sandu Moldovada İqtisadi Təhsil və Dövlət İdarəçiliyi akademiyalarını, ABŞ-da Harvard Dövlət İdarəçiliyi İnstitutunu bitirib. 2012-2015-ci illərdə maarif naziri, 2019-cu ilin iyun-noyabr aylarında baş nazir olub. 2020-ci ilin noyabrından prezidentdir.

Moldova parlament respublikasıdır. Ölkədə hökuməti qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan siyasi qüvvə qurur. Prezidentin səlahiyyət müddəti 4 ildir.

2021-ci ilin iyulunda Moldovada dövlət başçısının təşəbbüsü ilə növbədənkənar parlament seçkisi keçirilib. Mayya Sanduya dəstək verən Hərəkət və Həmrəylik Partiyası səslərin yarıdan çoxunu toplayaraq önə çıxıb və avqust ayında hərəkatın başçılığı ilə ölkədə yeni hökumət qurulub. Moldovanın baş naziri Hərəkət və Həmrəylik Partiyasının sədr müavini, 1977-ci il təvəllüdlü Natalya Qavrilitsadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar