Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizi böyük faciələr və təlatümlər gözləyir” – Emin Milli

Məni nə hökumət, nə müxalifət tam anlamır

“Bu gün rəsmən özümü işsiz kimi qeyd etməyə gəldim. Almaniyada sən iki ildən artıq işləmisənsə keçmiş iş yerində aldığın maaşın 60%-nı sənə dövlət 12 ay ərzində ödəyəcək. Uşağa görə əlavə 7%-da ödəyəcəklər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Meydan TV-nin keçmiş rəhbəri Emin Milli sosial şəbəkədə yazıb. O, bildirib ki, Azərbaycanda ciddi və real iqtisadi islahatlar keçirilməlidir ki, işsiz qalan vətəndaşlar da belə günlərdə öz zəngin dövlətlərinə arxalana bilsinlər: “Çox gözəl bir sistemdir. Bu cür dövlət qurmaq istədiyimizə görə hökumətdən də, müxalifətdən də nifrət, basqı, təhqir, yalan, böhtan, hədələr çox görmüşəm və bu gün də görürəm.

Amma bu əziz insanlar anlamırlar ki, onlar mənə beləliklə güc verir, enerji verir, ruhlandırır, nə qədər haqqlı olduğumu əslində bilməyərəkdən özləri sübut edirlər. Ona görə də mütləq fikirlərinizi yazmaqda davam edin. Bunu da mən dəstək kimi dəyərləndirirəm. Heç zaman susmayın!

Məni nə hökumət, nə müxalifət tam anlamır. Düzdü hər iki düşərgədə anlayanlar da var və ümidim elə onlaradır.

Mən əlimnən gələni edəcəm ki, hökumət bu mərhələdə ciddi iqtisadi islahatlara getsin. Xalqın da, intellektualların da, iş adamlarının da mövqeyi və dəstəyi mənə bu işdə çox lazım olacaq. Mənə yazın, mənimlə əlaqə qurun. Biz bunu edəcəyik.

Bu mənim demokratik respublika qurmaq iddialarımın qətiyyən təslim edilməsi deyil. Bunu bilin! Əksinə, bu yolda indiki reallıqda, indiki inkişaf mərhələmizdə əksəriyyətin və hakimiyyətin də qəbul edə biləcək real və hamının marağlarına uyğun bir çıxış yoludur.

Bu mərhələdən sonra nə vaxtsa biz mütləq demokratik respublika qura biləcəyik, amma bunu bu reallıqda yalnız iqtisadi islahatlar mərhələsindən keçəndən sonra edə bilərik. Bu halda gələcək demokratik respublika daha keyfiyyətli və daha dayanıqlı olacaq.

Açığı başqa bir variant da indi yoxdur. Mitinqin keçirilməsi üçün hökumətdən aylarla icazə gözləyənlərə bu xalq ümid edə bilməz. Elə xalq özü də mənim tezislərimin əksini sübut etmək üçün yalnız meydanlara axışmalıdır, amma bunu etmir.

Gələn 5-10 il ərzində iqtisadi islahatları etməsək, bizi böyük faciələr və təlatümlər gözləyir. Ona görə Azərbaycanı sevən hər kəs bu islahatların baş verməsi üçün çalışmslıdır. Zamanı gələndə isə Respublikamızı da mütləq qurarıq!”

pia.az


Etiket: Emin Milli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Ən çox oxunanalar