Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biabırçılıq: Azərbaycan maşınlarını sülhməramlılar separatçıların “polisi” ilə birgə yoxlayır...

Rusiya sülhməramlılarının öz ölkəsinin ərazisində hərəkət edən Azərbaycan maşınlarını yoxlamaq hüquqları varmı?..

Sabiq xarici işlər naziri: “Azərbaycanın öz ərazisində Rusiya sülhməramlılarının Azərbaycan maşınlarını separatçıların “polisi” ilə birlikdə yoxlaması qəbulediıməzdir. Bu kimi hallara artıq son qoyulmalıdır”.

Laçın və neçə istiqamətlərdə Azərbaycanın nəzarətinin gücləndirilməsinin vaxtı keçir”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sülhməramlıların və separatçıların “polisinin” Qırmızıbazar və Ağdərə yollarında ŞuşaKəlbəcərə gedən maşınların yoxlanılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya sülhməramlılarının yaydığı bir videoda sülhməramlıların və separatçıların “polisinin” Qırmızıbazar və Ağdərə yollarında ŞuşaKəlbəcərə gedən maşınların yoxlanılması əks olunur. Azərbaycanın öz ərazisində Rusiya sülhməramlılarının Azərbaycan maşınlarımı yoxlaması, həm də bunu separatçıların “polisi” ilə birlikdə həyata keçirməsi hansı anlama gəlir? Bu birbaşa Azərbaycana qarşı təhqir deyilmi? Separatçılar hansı hüquqi əsasla sülhməramlıların nəzarətində olan ərazilərdə Azərbaycan maşınlarını yoxlayır və az qala gömrükçü funksiyasını həyata keçirirlər. Ümumiyyətlə Rusiya sülhməramlılarının Azərbaycan maşınlarını yoxlamaq hüquqları varmı və Azərbaycanın öz ərazilərində sərbəst hərəkət etmək haqqına nə qədər uyğundur?

Maraqlıdır, rus sülhməramlıları Azərbaycan maşınlarında nə axtarırlar? Silahmı? Axı bura Azərbaycan ərazisidir və niyə Azərvaycan beynəlxalq miqyasda tanınmış ərazilərində ŞuşaKəlbəcərdəki ordu hissələriinin silahla təminatını həyata keçirmək üçün kimdənsə icazə almalıdır? Həm də Rusiya sülhməramlılarının əməkdaşlıq etdiyi terrorist və cimayətkar separatçılardan?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ilə müzakirə edib.

Tofiq Zülfüqarov: “Bəzi məsələlərdə həm ictimaiyyət, həm də dövlət rəhbərliyi tərəfindən sülhməramlılara irad tutulur. Amma hiss olunur ki, sülhməramlıların rəhbərliyi lazımı nəticələr çıxarmayıb”.

Post-patrol xidməti aparılmasının sülhməramlıların mandatları çərçivəsində olduğunu nəzərə çatdıran sabiq xarixi işlər naziri PİA,az-a bildirib ki, buna baxmayaraq son mənzili sülhməramlıların nəzarəti altında olmayan ərazilər olan maşınları yoxlamaq sülhməramlıların vəzifəsi deyil. Bu inların mandatın da aid deyil. Çünki Azərbaycan maşınıarı öz əraziləri daxilində hərəkət edir və daşınan yükıərin son mənzili heç sülhməramlıların nəzarəti altında olmayan ərazidir:

Azərbaycanın öz ərazisində Rusiya sülhməramlılarının Azərbaycan maşınlarını separatçıların “polisi” ilə birlikdə yoxlaması qəbulediıməzdir. Bu kimi hallara artıq son qoyulmalıdır.

Bildiyimiz kimi bəzi məsələlərdə həm ictimaiyyət, həm də dövlət rəhbərliyi tərəfindən sülhməramlılara irad tutulur. Amma hiss olunur ki, sülhməramlıların rəhbərliyi lazımı nəticələr çıxarmayıb. Laçın və neçə istiqamətlərdə Azərbaycanın nəzarətinin gücləndirilməsinin vaxtı keçir. Post-patrol xidməti aparmaq üçün sülhməramlılardan istifadə olunmalıdır. Buna baxmayaraq son mənzili sülhməramlıların nəzarəti altında olmayan ərazilər olan maşınları yoxlamaq sülhməramlıların vəzifəsi deyil. Bu onların mandatın da aid deyil. Çünki Azərbaycan maşınıarı öz əraziləri daxilində hərəkət edir və daşınan yükıərin son mənzili heç sülhməramlıların nəzarəti altında olmayan ərazidir.

Rusiya sülhməramlılarının bu işi separatçıların “polisi” ilə birlikdə həyata keçirməsi isə iki qat biabırçı haldır. Bu Rusiyanın separatçılarla əməkdaşlıq içində olduğunun göstəricisidir?

Mən çox təəssüf edrəm ki, bu kimi halalar yaşanır, lakin bu kimi hallar Azərbaycan dövlətinin dözə biləcəyi hallar deyil. Ona görə də sülhməramlıların bu kimi hallara son verməsi üçün konkret hüquqi və diplomatik addımlar atılmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ən çox oxunanalar