Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşər tarixi daha bir imperiyanın süqutuna şahid olur? - ABŞ-ın demokratiyaya qarşı mübarizəsi...

ABŞ içəridən mühasirəyə alınıb, paytaxtı işğal altındadır və çöküşü dayandırıla bilməz...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 18 yanvar 2021-ci il

ABŞ-ın “daxili təhlükə”, “daxili terror”, “xarici müdaxilə” və ya hətta “daxili qarşıdurma” ifadələri ilə xatırlanması dünya üçün nə deməkdir? Bu cür anlayışlar, yaşanan qorxu və görülən hazırlıqlar ABŞ və qlobal güc haqqında nə məlumat verir?

Bu günədək ölkələri işğal edən, vətəndaş müharibələri aparan, etnik və məzhəb müharibələrini provokasiya edən, “terrorla müharibə” adı altında qlobal miqyasda əməliyyatlar aparan, çevrilişlər və lider sui-qəsdləri həyata keçirən, ordusunun böyük bir hissəsini dünyaya yayan, rejimləri dəyişdirən, ona qarşı üsyan edən hər bir ölkəni cəzalandıran, millətlərin mənbələrini ələ keçirən, dünyada bir “Amerika nizamı” yaratmaq üçün səfərbər olan ABŞ-ın indi bütün bunları öz içində yaşamağa və müzakirə etməyə başlaması nədən xəbər verir?

Demokratiya və ifadə azadlığı necə oldu? Hətta seçkiləri də lazımınca həyata keçirə bilmədilər. Özünü demokratiyanın, ifadə azadlığının və liberalizmin qalası kimi görən və bunlardan bütün dünyaya qarşı bir “ixrac qüvvəsi” kimi istifadə edən, bütün pisliklərini bu başlıq altında gizlədən ABŞ-ın bir seçkini belə normal keçirə bilmədiyini gördük.

Digər tərəfdən, seçkilərin nəticələri də doğru-düzgün elan edilmədi. Seçki korrupsiyası edildi və normal bir təhvil-təslim aktı da baş tutmadı.

1814-cü ildəki ingilis işğalından sonra ilk dəfə liberal qala olan Konqres binasının işğal olunduğunu gördük. Öz məclisini qoruya bilmədiyini, polislə təhlükəsizlik tədbirləri almaq əvəzinə, əsgərləri önə çəkdiyini gördük Liberal liderlərin Konqres qarşısında qoşunları təftiş etdiyini gördük.

Öz prezidentini təhdid kimi görən ölkə

İfadə azadlığının ən faşist nümunələrini izləyərkən ABŞ həm də öz prezidentini senzuraya məruz qoydu, onu susdurdu, bütün rabitə platformalarında danışmasına mane oldu və media embarqosu qoydu. Hər vəziyyətdə söz və media azadlığından danışanlar, bu mövzuda bir çox ölkəyə təzyiq göstərənlər indi özləri bu məsələdə amansız davranırlar.

ABŞ öz paytaxtı işğal altında olan bir ölkədir və öz xalqından qorxur.

Həmçinin, 20 yanvar günü 50 ştatda minlərlə insanın silahlı nümayişlər təşkil edəcəyi və bu nümayişlərə bəzi polislərlə əsgərlərin dəstək verəcəyi ehtimal edilir. Vaşinqton işğal olunmuş bir paytaxta bənzəyir. Yollar qum maşınları ilə bağlanıb. Yalnız Konqres binasında deyil, bütün küçələrdə minlərlə əsgər yerləşdirilib.

ABŞ xalqına qarşı özünü müdafiə edir. Seçicilərin 10%-i Konqresə edilən basqını “demokratiyanı qorumaq” kimi başa düşür. Bu fikrin yayılmasından və ümumiləşdirilməsindən qorxanlar da çoxdur. Təşkilatlar səviyyəsində də mövcud olan təzyiqlərin kütləvi səviyyədə yayıla biləcəyi deyilir. Etirazçılar isə “Amerikanı yenidən qurmaq”, “ABŞ-ı xilas etmək” şüarları ilə hərəkət edirlər.

Bütün imperiyalar dağılar və zəiflik həmişə özlərindədir.

Hadisələr və şüarlar çox dərindir. ABŞ-ın dünyaya diktə etdikləri ilə yaşadıqları arasında kəskin ziddiyyətlər var və bunlar hər şeydən daha dərindir. Bütün imperiyalar dağılır. Ən güclü imperiyalar ən böyük zəifliklərə sahib olublar. Dünyanı əzənlər həmişə öz içəridən vurulurlar.

ABŞ-la bağlı dəhşətli proqnozların qarşısını alan yeganə amil isə onun uzun illərdir sahib olduğu gücə inanmasıdır. Bu inam sarsılan kimi ABŞ bir Üçüncü Dünya Ölkəsinə çevrilər. “Banan Respublikası” ritorikasını indi də onlar müzakirə edirlər. ABŞ artıq heç kimə demokratiya və ifadə azadlığını tətbiq edə bilməz.

ABŞ-ın bundan sonra edə bilməyəcəyi şeylərin bir qismini belə sadalamaq olar:

1) Heç kimə demokratiya tətbiq edə bilməz. Dərs verə bilməz. Seçki qiymətləndirməsi apara bilməz. Öz seçkilərini düzgün apara bilməyən bir ölkə başqasına dərs verə bilməz, bir cümlə belə danışa bilməz.

2) Heç kimi söz və ifadə azadlığı üzərindən qiymətləndirə bilməz. O, söz azadlığının özlüyündə “heç bir şey olmadığını” göstərdi. Öz prezidentini bir təhdid elan etdi və ən təməl söz azadlığını əlindən aldı. İfadə azadlığının bütün sahələrini bağladı və olduqca faşist bir təzyiq göstərdi.

3) Terrorla mübarizəni heç kimə yükləyə bilməz. Heç kimi terrorla sınağa çəkə bilməz. Heç kimi terrora qarşı mübarizə aparmalı olduğuna inandıra bilməz. ABŞ-ın dünyanın bütün terror təşkilatlarını bəslədiyini və onlara rəhbərlik etdiyini, onların vasitəsilə ölkələrə hücum etdiyini onsuz da bilirdik. Suriyanın PKK-ya 50 min maşın silah göndərdiyini də, həmçinin, bilirik.

İndi isə həm terror, həm də müharibə ABŞ-a köçüb.

4) ABD artıq “daxili terroru” müzakirə edən bir ülkədir. Dünyada apardığı bütün müharibələri öz içinə daşıdı. Bundan sonra öz “ağ irqçi terroru” ilə, “Antifa” kimi qruplarla mübarizə aparacaq.

5) Heç kimə təhlükəsizlik dərsləri və ya məsləhətləri verə bilməz. Milli təhlükəsizliklə bağlı heç bir şey danışa bilməz. “Mən səni xarici və daxili təhdidlərdən qoruyaram” deyərək sövdələşmə apara bilməz. Öz kapitalını qoruya bilməyən bir ölkənin başqa bir ölkəyə nümunə göstərməsi, qorumağa çalışması ağlasığmazdır.

6) Heç kimə ittifaq və ya strateji tərəfdaşlıq təklif edə bilməz. Çünki artıq heç bir ölkəyə inam vəd edə bilməz. Heç bir ölkə ABŞ-la müttəfiq olduğu üçün qorunma altında ola bilməz. Bu məsələdə ABŞ-ın gücü artıq tükənib. Öz içində əziyyət çəkən bir ölkə dünyanı qoruya bilməz. ABŞ-da dövlətin gücü artıq şirkətlərə keçib və bir çox ölkə bu baxımdan ölçü götürəcək.

7) Sosial media şirkətləri vasitəsilə bir çevriliş edildi. İnsan hüquqlarına məhəl qoyulmadan dəhşətli bir avtoritarizmin nümunəsi göstərildi. ABŞ-ın gücü indi bu şirkətlərə keçib. Artıq ABŞ-da ştat yoxdur, şirkətlər var və bu şirkətlərin məğlub etdiyi ilk ölkə elə ABŞ oldu.

8) Bir çox ölkə bu şirkətlərin onlara nələr edəcəyi barədə düşünəcək. Rejim və ya lider dəyişikliyi üçün hansı planların qurulduğuna da baxacaq. Ona uyğun bir tədbir görəcək. Artıq demokratiya və ifadə azadlığı olmadığı üçün dövlətlərlə bu şirkətlər arasında güc və mənafelər toqquşacaq.

Geriləmə başladı: ABŞ öz daxilində mübarizə aparacaq.

9) Dövlətlər ölkəni və milləti qorumaq üçün bu şirkətlərə qarşı təhlükəsizlik strategiyaları hazırlayacaqlar. Qlobal miqyasda güc xəritəsi ABŞ ilə dünya arasında deyil, dövlətlərin və millətlərin bu şirkətlərlə hesablaşmasına uyğun olaraq formalaşacaq.

10) ABŞ heç kimə yeni bir dünya layihəsi təklif edə bilməz. O, öz gücünün sonuna çatır və tənəzzül etməyə başlayıb. Bundan sonra öz daxilində hesablaşacaq, gücünü öz içində əridəcək. Bir çox ölkədə etnik, dini və məzhəb ayrı-seçkiliyini təhrik edərkən daxili sosial bölünmələrdən ciddi şəkildə əziyyət çəkəcək.

Təhvil-təslim prosesi 11 və 20 yanvar tarixlərində problemsiz edilsə belə, o yara artıq bir dəfə açılıb, daxili hesablaşma başlayıb. Bunu müalicə etmək mümkün olmayacaq. Təhdidi daxildən xaricə çıxarmaq üçün bir çox bölgədə qarşıdurmalara və müharibələrə başlamaq istəsələr də, bu “köhnə üsul” heç nir nəticə verməyəcək, əksinə daxili parçalanmanı daha da sürətləndirəcək.

Terror təşkilatları ilə ABŞ-dan siyasi güc gözləyənlər də artıq sahibsiz qalıblar.

12) Düşünürəm ki, hazırda terror təşkilatları sahibsiz qalıblar. Öz gücünü ABŞ-dan almaq istəyənlər də eyni vəziyyətdədirlər. Vaşinqtondakı köhnə iqtidar bölgələrinə ümid bəsləyənlər də itirirlər. ABŞ-dan nə qədər uzaqlaşsalar, bir o qədər çox nüfuz qazanarlar. Bayden dövrü də bu “enişin” sürətlənməsindən başqa bir şey olmayacaq.

13) İndi məhz ABŞ-dakı bu dəyişikliyin buraxdığı boşluğu dolduran və yüksələn ölkələrdən biri Türkiyədir. Əlbəttə ki, bütün bunları çox yaxşı hesablayacaq. Bu planı xaricdən və daxikdən pozmaq istəyənlərlə çətin bir mübarizəyə başlayacaq. Qarşıdakı dövrdə bununla bağlı addımları hissə-hissə görəcəyik.

Çöküş artıq dayandırıla bilməz. İndi dünya həqiqətən dəyişir.

14) ABŞ dünyanı bir sıraya düzməyə çalışarkən öz içindən vuruldu. Bundan sonra bütün enerjisini özünə xərcləyəcək. Beləliklə, dünya nizamı indi həqiqətən dəyişə bilər. ABŞ üçün dayandırıla bilməyən bir geriləmə, dünya üçün isə qarşısıalınmaz bir yenidənqurma dövrü başlayır.

Qəribədir ki, 11 sentyabr terror hücumu da ABŞ-ı içəridən vurmuşdu. Həmin vaxtı da geriləmə dönəmi başlamışdı. İndi isə həmin vəziyyət yenidən ABŞ-ı daxildən vurdu və çöküş dövrü başladı.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Mehriban Əliyeva “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı ilə bağlı paylaşım edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay