Xəbər verdiyimiz kimi aparıcı Zaur Kamalın Xəzər TV-də yayımlanan "Beşdə beş" verilişi bağlanıb.
PİA.az xəbər verir ki, Moderator.az-açıqlamasında verilişin layihə rəhbəri Rauf Sübhi məsələyə belə aydınlıq gətirib:
"Beşdə beş" verilişi həftəlik daha beş gün olmayacaq. "Ay Zaur" proqramı qalır, həftədə bir dəfə yayımlanacaq. Bununla yanaşı, başqa bir layihəmiz də var və o da həftədə bir dəfə olacaq. Qaldı ki, "Beşdə beş" verilişinin artıq suyun çıxarmaq lazım deyil, 10 il idi fəaliyyət göstərirdi, heç bir veriliş bu qədər uzunömürlü olmayıb. Ona görə belə qərara gəlindi".
Aparıcı Zaur Kamal da əməkdaşımızla söhbəti zamanı rəhbərlik tərəfindən belə məsləhət olduğunu bildirib:
"Həftədə iki dəfə verilişimiz olacaq. Bir də təklif olundu ki, Dalğa TV-də verilişimiz olsun. Buna da rəhbərlik qərar verəcək".
pia.az