Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beş yaşınadək uşaqların nəm salfetlərdən istifadə etməsi məsləhət deyil

Nəm salfetlər gündəlik həyatda ən çox istifadə edilən təmizlik vasitəsidir...

Evin, iş masalarının tozunun alınmasında, yeməkdən əvvəl və sonra əllərin silinməsində istifadə olunur. Lakin təmiz və gigiyenik hesab olunan salfetlərin zərərli tərəfləri də var.

Nəm salfetlər azyaşlı övladı olan valideynlər üçün daha rahat və əlverişli sayılır. Lakin uşaqların dərisinin daha həssas olduğunu nəzərə alsaq, kimyəvi maddələrin onlara vurduğu zərəri təxmin etmək elə də çətin deyil.

AZƏRTAC xəbər verir ki, mütəxəssislərin fikrincə nəm salfetlərdə olan xlor, parabenlər və benzoy spirti uşaqların dərisində əksər hallarda dəri xəstəliklərinə, xüsusilə kontakt allergik dermatitlər və bəzən ekzemalara səbəb olur. Salfetin tərkibində olan parabenlərin müxtəlif qoxuları var. Onların astma xəstəliyi yaratma ehtimalı var. Nəm salfetlərdən istifadə ediləndən sonra quru salfet və ya adi su ilə təmizləmək çox vacibdir.

Mütəxəssislər tövsiyə edirlər ki, bu cür salfetlərdən istifadəni azaltmaq çətindirsə, tərkibində ətir və spirt olmayan salfetlərdən istifadə olunsun. Üzərində istehsal və son istifadə tarixi yazılmayan yaş salfetdən ümumiyyətlə istifadə etmək olmaz:
“Hər dəfə gigiyenik vasitə kimi tualet kağızı əvəzinə nəm salfetlərdən istifadə edilməsi uşaqların büküş nahiyələrində nəm mühit yaradır.

Ona görə də 5 yaşınadək uşaqların ondan istifadə etməsi məsləhət deyil. Doğrudur, söhbət heç də bütün nəm salfetlərdən getmir. Salfetlərin üzərində onların tərkibi, xüsusiyyətləri haqqında yazılanları da var. Lakin bunların əks olunmadığı və gigiyenik baxımdan sağlam hazırlanmayan salfetlər təhlükə yarada bilər.

Poliqon.info


Etiket: nəm salfetlər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar