Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə xuliqanlıq edən silahlı şəxslər saxlanıldı

DİN Mətbuat Xidmətinin verdiyi məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq edən silahlı şəxslər saxlanılıb...

Martın 25-də Bərdə rayon sakinləri-əvvəllər məhkum edilmiş Fərid Aslanov, Asif  Süleymanov və Əli Əsədov sonuncunun idarə etdiyi avtomaşınla Bərdə rayonu ərazisində ictimai asayişi pozaraq xuliqanlıq ediblər. Bu zaman onlar vətəndaşlara məxsus avtomaşınlara ziyan vurublar. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar. Ə.Əsədovun idarə etdiyi “Priora” markalı avtomaşına baxış keçirilən zaman 1 ədəd 16 kalibrli “İJ” markalı lüləsi və qundağı kəsilmiş odlu silah,  1 ədəd bıçaq, narkotik vasitə hesab edilən marixuana həmçinin F. Aslanovun üzərindən 1 ədəd beşbarmaq və 2 ədəd tüfəng patronu aşkar edilərək götürülüb. Bundan başqa F. Aslanovun üzərindən heroin, A. Süleymanovdan isə tiryək  aşkar edilərək götürülmüşdür. Aparılan tədbirlərlə onların bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində də xuliqanlıq hərəkətləri etdikləri, havaya atəş açdıqları müəyyən olunub. 

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Ən çox oxunanalar