Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb edilməyəcək

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

PİA.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Bununla da şadlıq sarayları və sağlamlıq-idman komplekslərindən sonra ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərinə də müştərilərin daxil olması yalnız COVID-19 pasportu ilə mümkün olacaq.

Yaşı 18-dən yuxarı olan şəxslərin yalnız COVID-19 pasportu təqdim etdiyi halda xidmətlərindən istifadə edə biləcəyi ictimai iaşə müəssisələri restoran və kafelərdir. Bərbərxanalar və gözəllik salonları isə bu sıraya daxil deyil. Çünki gözəllik salonları və bərbərxanalar kafe və restoranlar kimi eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar deyil.

Ancaq qərara əsasən, 1 sentyabr tarixindən etibarən bərbərxana və gözəllik salonlarının işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Gürcüstanın baş naziri: Ölkənin “ukraynalaşması” yolverilməzdir...

Ən çox oxunanalar