Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Ukrayna və İsrailə yardım olmadan büdcəni təsdiq edəcək

ABŞ prezidenti Co Bayden müvəqqəti hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi Nümayəndələr Palatasından sonra Konqres Senatı tərəfindən qəbul edilərsə, onu imzalamağa hazırdır...

Poliqon xəbər berir ki, bu barədə CNN Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

“Əgər qanun layihəsi Senatdan keçərsə, prezident maliyyələşdirmənin hazırkı səviyyəsini saxlayacaq və zərərli siyasi tələbləri özündə əks etdirməyən qətnaməni imzalayacaq”, -deyə telekanalın həmsöhbəti bildirib. Ağ Ev rəsmisi həmçinin Konqresi İsrail, Ukrayna və ABŞ-ın cənub sərhədinin müdafiəsi üçün gələcək maliyyələşdirməyə çağırıb.

Qanun layihəsini Respublikaçılar Nümayəndələr Palatasının spikeri Mayk Conson təklif edib. Əvvəlcə Ağ Ev bu təşəbbüsü tənqid edib və təklifi “respublikaçılar tərəfindən daha da xaos üçün resept” adlandırıb. Bununla belə, demokratlar daha sonra Respublikaçılar Partiyasındakı mühafizəkarların israrla etiraz etdiyi 2023-cü maliyyə ili səviyyəsində xərclərin saxlanmasını alqışlayıblar. Nəticədə aşağı palatada qanun layihəsini 336 nəfər dəstəkləyib, 95 nəfər əleyhinə çıxıb. Əleyhinə olanlar arasında 93 respublikaçı və 2 demokrat yer alıb.

Mənbə bildirib ki, Ukrayna, İsrail, Tayvana yardımın maliyyələşdirilməsi və ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsi məsələləri ayrıca nəzərdən keçirilir.

Qeyd edək ki, Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar (o cümlədən, Ukraynaya 61 milyard dollardan çox) ayırmağı təklif edib. Bayden administrasiyası bütün məqsədlərin bir paketdə həll edilməsini istədə, Respublikaçılar buna qarşı çıxdılar. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası İsrailə ayrıca 14 milyard dollarlıq yardım layihəsini qəbul edib, lakin Demokratların nəzarətində olan Senat bu təşəbbüsün qarşısını alıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar