Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş redaktor: Ata Abdullayevə, Hafiz Hacıyevə, Əhəd Abıyevə, Araz Əlizadəyə yer verməyin”

"Heyfdir, mediamızın olan-qalan ciddiyyətini də itirməyək"...

Bu adları heç çəkmək istəməzdim, ancaq məcburam. Ata Abdullayev, Hafiz Hacıyev, Əhəd Abıyev, Araz Əlizadə və bu qəbildən olan başqaları, görəsən, hansı fərdi erudisiya dərinliyinə, hansı ictimai maraq miqyasına, hansı mənəviyyat ölçülərinə, hansı informasiya yükünə, hansı fikir keyfiyyətinə görə bizim mediamız üçün belə önəmlidir?!

Əziz jurnalist dostlar, lütfən, bu adamlardan müsahibə almayın. İmkan varsa. Hə, bunlara görə sizin efirinizi, saytınızı izləyən, dinləyən çox ola bilər, ancaq son nəticədə dinləyən və eşidən az olacaq. Heyfdir, mediamızın olan-qalan ciddiyyətini də itirməyək.

Ölüm yatağında olan mediamızın hələ ki, heç olmasa, nəfəsi gedib-gəlir; çıxmayan cana ümid var. Bu son ümidi də əlimizdən verməyək. Əvvəl də dediyim kimi, sizə, dostyana, həmkar kimi ərkim var. İnciməyin. İşinizə qarışmaq kimi olmasın. Ancaq, mümkünsə, bu adamlara efirinizi, səhifənizi verməyin, heyfdir! Belədə də siz bilən məsləhətdir.

...Keçmiş Sovet ordusunun Uzaq Şərqdəki Hava Hücumundan Müdafiə Qoşunarında - radiotexniki batareyada hərbi xidmət keçmişəm. Bizim vəzifəmiz rəqib dövlətin kəşfiyyat-bombardmançı təyyarələrinn uçuş trayektoriyasını izləmək və koordinatlarını müəyyənləşdirib raket hissələrinə mümkün hədəf olaraq ötürmək idi. Həmin kəşfiyyat-bombardmançılar bizim izləmə sahəmizdən yayınmaq üçün çox zaman havaya cürbəcür lazımsız predmetlər - zir-zibil atırdılar. Bizi bir-iki saniyəlik belə "kor etmək" onların işinə çox yarayrdı...

...Yox, bunu elə-belə, əsgərlik xatirəsi kimi yazdım.

Bu arada... müqayisənin yersiz olduğunu düşünənlər varsa, onlara da bir ritorik sualım olacaq: Bəs kimlərisə efirimizə bizi "kor etmək" üçün atıblarsa?! Hər kəsə uğurlar!

Bahəddin Həziyev

“Bizimyol” qəzetinin baş redaktoru

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar