Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir gürcü kişilərinin buraxılmadığı gecə klubları haqda


Xəbər verdiyimiz kimi, son bir neçə ay ərzində Tbilisinin mərkəzindəki bəzi barlara və gecə klublarına, xüsusilə də Qızılgül meydanındakı gecə istirahət mərkəzlərinə yerli gürcü kişilər buraxılmırdı


Bu da müəyyən narazılıqlara səbəb olmuşdu. Eyni zamanda, həmin “istirahət məkanları"nda əxlaqa zidd əməllərin törədilməsi barədə məlumatlar dolaşırdı.

“Report” xəbər verir ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili hökumətin yanvarın 11-də keçirilən iclasında Daxili İşlər Nazirliyinə məsələni araşdırmaq barədə tapşırıq verib.

Baş nazir deyib ki, paytaxtın mərkəzindəki bəzi barlara və gecə klublarına qadınlar buraxılsalar da, yerli gürcü kişilər buraxılmırlar: "Həmin “istirahət məkanları"nda qanunazidd əməllərin baş verməsi barədə də məlumatlar dolaşır. Qanun hamı üçün eynidir və hamının hüquqları qanunla qorunur. Mən Daxili İşlər Nazirliyinə və digər əlaqədar təşkilatlara məsələni tez bir zamanda, dinc yolla, qanun çərçivəsində, heç bir reyd keçirmədən, zor tətbiq etmədən araşdırmağı tapşırmışam”.

Artıq Gürcüstan Daxili İşlər Nazirliyi məsələni araşdırmağa bağlayıb. Nazirlik məsələ ilə əlaqədar məlumat yayacağını bildiri

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Ən çox oxunanalar