Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Barəsində məcburi gətirilmə qərarı çıxarılan sabiq rektor məhkəməyə gəldi - Foto

Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda göstərilən əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib...

Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva məhkəməyə gəlib.

APA-nın Bakı Ağır Cinayətlər Məhkəməsində olan əməkdaşı xəbər verir ki, Nurlana Əliyeva əvvəllər rektoru olduğu universitetin əyani və qiyabi şöbəsinin keçmiş rəhbəri Dürdanə Əliyevanın cinayət işi üzrə şahid qismində ifadə verəcək.

Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəməyə çağırılıb.

Keçmiş rektor məhkəmədən yayındığı üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Prosesə sədrlik edən hakim Əli Məmmədov “şöbə müdiri ittiham olunursa, universitet rəhbəri məhkəmədə dindirilməlidir” - deyərək məcburi gətirilmə qərarını dəfələrlə qüvvədə saxlayıb.

Prosesin gedişi barədə məlumat veriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində BSU-nun əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda göstərilən əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.

Xatırladaq ki, Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ən çox oxunanalar