Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı İsrail səfirliyinə edilən terror cəhdinin arxasındakı gücün əsas məqsədi nədir?

İsrailin Azərbaycandakı səfirliyində terror cəhdi ilə bağlı müzakirələr davam edir...

Siyasi-şərhçi: “Bakıdakı İsrail səfirliyinə edilən terror cəhdinin arxasında dəqiq kimlərin olması müəyyən olmasa da, bunun İranla əlaqəli ola biləcəyi ehtimalı yüksəkdir”.

İran, Azərbaycan və İsrail arasındakı strateji və iqtisadi əlaqələrdən narahatdır və bu əlaqələri pozmağa çalışır”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İsrailin Azərbaycandakı səfirliyində terrora cəhd edilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, İsrailin Azərbaycandakı səfirliyində terror cəhdi ilə bağlı müzakirələr davam edir. Bəzi ekspertlər hesab edirlər ki, burada hədəf təkcə İsrail deyil, həm də Azərbaycan dövlətidir: Bakının diplomatlar və diplomatik nümayəndəliklər üçün etibarsız, əlverişsiz olduğu göstərilməyə və İsraillə Azərbaycan arasında soyuqluq yaratmağa çalışılır.

Bəs, Bakıdakı İsrail səfirliyinə edilən terror cəhdinin arxasındakı gücün əsas məqsədi nədir və doğrudanmı belə cəhdlər Azərbaycanla İsrail arasında gərginliyə səbəb ola bilərmi?

Azərbaycan-İsrail münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “İranın bu addımları, bölgədə yalnız onun özünü nüfuzdan sala və terrora qarşı iki ölkənin, Azərbaycan-İsrailin dahada sıx əməkdaşlıq etməsinə sövq edəcək”.

İstintaqın ilkin məlumatına görə, şübhəli şəxsin “Hüseyniyun” qruplaşmasının üzvü olduğunun məlum olduğunu xatırladan ekspert Poliqon-a açılanasında qeyd edib ki, bu qruplaşmanın İrana bağlı olması şübhə doğurmur:

“İlk növbədə onu vurğulamaq istərdim ki, biz, ölkəmizdə İsrailə qarşı terror hücumlarına cəhdləri kəskin şəkildə qınayır və bunun yol verilməz olduğunu bildiririk. Bu formada xain hücumlar etmək və yaxud buna cəhd göstərmək İsrail ilə yanaşı, bizim dövlətimizə də qarşı yürüdülmüş bir addımdır.

Bakıdakı İsrail səfirliyinə edilən terror cəhdinin arxasında dəqiq kimlərin olması müəyyən olmasa da, bunun İranla əlaqəli ola biləcəyi ehtimalı yüksəkdir. Hətta, istintaqın ilkin məlumatına görə, məlum olub ki, şübhəli şəxs “Hüseyniyun” qruplaşmasının üzvüdür. Bu gruplaşmanın isə İrana bağlı olması şübhə doğurmur.

İran, Azərbaycan və İsrail arasındakı strateji və iqtisadi əlaqələrdən narahatdır və bu əlaqələri pozmağa çalışır. Ancaq İsrail də belə oyunların nəticəsində bizim ilə əlaqəni pozan ölkə deyil və onlarda çox gözəl bilirlər ki məsələnin arxasında kimlər durur. İranın belə cəhdləri, əksinə nəinki Azərbaycanla İsrail arasında gərginliyə səbəb ola bilər, əksinə bu əlaqələrin daha da gücləndirilməsi ilə nəticələnə bilər. İranın bu addımları, bölgədə yalnız onun özünü nüfuzdan sala və terrora qarşı iki ölkənin, Azərbaycan-İsrailin dahada sıx əməkdaşlıq etməsinə sövq edəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar