Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb - Yenilənib

Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı...

İstintaq hərəkətləri davam etdirilir.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır:

“Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlamasında paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürüldüyünü qeyd edib.

Xatırladaq ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz söz yazaraq onun başında yumurta qırır. Digəri isə qayçı ilə qızın saçını kəsir.

Əldə etdiyimiz məlumata görə, görüntülərdə məktəbliyə qarşı ədəbsiz hərəkət edənlərdən biri hazırda sözügedən məktəbdə təhsil alır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Ən çox oxunanalar