Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda arvadını öldürən şəxs psixiatriya müəssisəsində məcburi müalicəyə göndərilib

Bakıda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən İlham Həşimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb...

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində təkrar psixoloji ekspertiza keçirilməsini istəyib.

Məhkəmənin qərarına əsasən İ.Həşimov ixtisaslaşdırılmış psixiatriya müəssisəsində məcburi stasionar müalicə edilməlidir.

Belə ki, o, cinayət məsuliyyətindən və cəzadan azad olunub.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Xətai rayonunda qeydə alınıb. 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək 1966-cı il təvəllüdlü Rəhimə Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İ.Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar