Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Peşə Hazırlığı Mərkəzi ilə AWWA Azerbaijan arasında müqavilə imzalanıb

Noyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi - Bakı Peşə Hazırlığı Mərkəzi ilə ”Aesthetic & Welness World Academy” MMC (AWWA Azerbaijan) arasında əməkdaşlığa dair müqavilə imzalanıb...

Pravda.az xəbər verir ki, əməkdaşlıq sənədini Mərkəzin Direktoru Rəhimov Aslan və Akademiyanın icraçı direktoru Həcər Cəfərova imzalayıblar.

Müqavilədə birgə “Kosmetologiya” və “Masaj” təlim kurslarının təşkil olunması nəzərdə tutulur. Sənəddə ictimai önəm kəsb edən təşəbbüslərin dəstəklənməsi sahəsində əməkdaşlığın həyata keçirilməsi də əksini tapıb.

Azərbaycanda son illərdə böyük şəhərlərin və turizm mərkəzlərinin sakinləri arasında Estetik və SPA xidmətlərinə olan tələbat durmadan artır. Odur ki, bununla bağlı Estetik klinikalarda və salonlarda çalışan işçilərə, o cümlədən kosmetoloq və masajçılara da yüksək tələblər qoyulur. Eyni zamanda, Estetik və SPA sənayesi özünəməxsus, xüsusilə yüksək etiket və xidmət standartlarını, effektiv texnologiyalardan istifadəni, həmçinin tibbi təhlükəsizliyi diktə edir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Gözəllik və estetik sənayesində peşəkarlar üçün Peşə Təhsili və Təlimini təmin edən akkreditə olunmuş Akademiya olaraq, AWWA ixtisaslaşdırılmış kurslar çərçivəsində Estetik və Spa sahəsində mütəxəssislərin hazırlanmasına start verib.

Qeyd: "Peşə təhsili ixtisaslarının Təsnifatında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən, respublikamizda “Kosmetolog”, “Kosmesevt”, “Masajçı” kimi peşələr rəsmi olaraq təsdiq edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

Ən çox oxunanalar