Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Nəqliyyat Agentliyinin yanında İctimai Şuranın növbəti iclası keçirilib

Dekabrın 21-də Bakı Nəqliyyat Agentliyinin yanında İctimai Şuranın növbəti iclası keçirili. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli İctimai Şura üzvlərinə Agentliyin inkişaf istiqamətləri barədə məlumat verərək qarşıda duran əsas çağırışlardan bəhs edib. O, müasir şəhər mühitinin daha çox piyada və ictimai nəqliyyat yönümlü olmasının vacibliyini bildirib və Agentliyin fəaliyyətinin dayanıqlı şəhər mobilliyi strategiyası əsasında aparıldığını qeyd edib.

Görüşdə avtobus zolaqlarının əhəmiyyəti, şəhərin parklanma məsələləri, bu istiqamətdə nəzərdə tutulan tədbirlər, eləcə də paytaxt yollarında müşahidə edilən sıxlıq və tıxac halları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bakı Nəqliyyat Agentliyinin dayanıqlı şəhər mobilliyinin inkişafı ilə bağlı fəaliyyəti, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə edilib. İctimai Şura üzvlərinə dayanıqlı şəhər mobilliyinin konsepsiyası, onun əsas prinsipləri, məqsəd və istiqamətləri ilə bağlı təqdimat edilib. İclasda müzakirə olunan məsələlərlə bağlı müzakirələr keçirilib, Şura üzvlərinin rəy və təklifləri dinlənilib. İctimai Şuranın sədr müavini, ATU-nun dosenti Fərhad Eyyubov ictimai nəqliyyatın strateji sahə olduğunu qeyd edərək onun prioritetləşdirilməsinin və davamlı inkişafının, bu sahədə koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayıb. O, son illərdə Bakı şəhərində bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətindən danışıb. Şura üzvü, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi Ceyhun Osmanlı nəqliyyat sistemində görülən tədbirlərin şəhərin ekoloji mühitinə təsirlərinə toxunmaqla bu sistemin də “yaşıl şəhər” konsepsiyasına uyğun gəldiyini söyləyib və Agentliyin bu istiqamətdə fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. İctimai Şuranın üzvü, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov görülən işlərlə bağlı ictimai iştirakçılığın artırılması üçün məlumatlandırılma tədbirlərinin genişləndirilməsinin zəruri olduğunu deyib. İctimai Şuranın sədri, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Agentliyin fəaliyyətinin ictimaiyyətə çatdırılması və digər müvafiq sahələrdə İctimai Şuranın fəal iştirakının vacibliyini qeyd edib və dəstək verməyə hazır olduqlarını bildirib. Şura sədri cəmiyyətin maarifləndirilməsi, nəzərdə tutulan yeniliklərə münasibətinin öyrənilib təhlil olunması baxımından İctimai Şura ilə məsləhətləşmə və müzakirələrin davamlı şəkildə aparılmasının əhəmiyyətini vurğulayıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar