Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı meriyasının yeni Aparat rəhbəri kimdir?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri vəzifəsini icra edən Ayaz İmaməliyevlə bağlı bəzi məlumatlar əldə etmişik. Qaynarinfo-ya daxil olan məlumatda deyilir ki, Ayaz İmaməliyev ziyalı ailəsində doğulub. Atası Ağalar İmaməliyev kimya elmləri namizədidir. Uzun müddət Sumqayət şəhər 13 saylı orta məktəbdə müəllim işləyib. Hazırda Sumqayıt Dövlət Universitetində çalışır.

Anası Elmira İmaməliyeva isə uzun müddət Sumqayıt şəhər 1 saylı poçt idarəsinin müdiri vəzifəsində çalışıb. Elmira İmaməliyeva ötən il dünyasını dəyişib.

Ayaz İmaməliyevin böyük qardaşı Asif İmaməliyev Milli Məclisin ikinci çağırış deputatı olub. Hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin sektor müdiri vəzifəsində işləyir.

Asif İmaməliyev

Digər qardaşı Əşrəf İmaməliyev Qarabağ müharibəsi veteranıdır. 44 günlük müharibədən sonra "Böyük Zəfər” medalı ilə təltif edilib.

Ayaz İmaməliyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri, Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabrında BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2019-cu ildə isə bu vəzifədən azad edilərək BŞİH-in tabeliyindəki Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi postuna təyinat almışdı.

Xatırladaq ki, BŞİH-in Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. BŞİH-in başçısı Eldar Əzizov Aparat rəhbəri vəzifəsini Ayaz İmaməliyevə həvalə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar