Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Limanı ilə bağlı layihənin açılış mərasimi keçirilib

“Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılış mərasimi keçirilib.

PİA.az xəbər verir ki, mərasim “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovun iştirakı ilə baş tutub.

O deyib ki, Bakı Limanı Avropa və Asiya arasında mühüm nəqliyyat infrastrukturu nöqtəsidir: "Biz kontinentləri bir araya gətirməklə, fərqli ölkələrin Avropa-Asiya bağlantısını təşkil edirik. Bu digər qovşaqları təkrar etməyəcəyik. Biz 21-ci əsrin məhsulunu yaradacağıq, liman yaşıl, dayanıqlı və rəqəmsaldır. Bizim belə arzumuz var ki, dəhliz boyu nöqtələr eyni olmalıdır”.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır.

"Ölkəmizin bu dəhlizlərdə rolu artıb. Son 1 ildə Azərbaycan ərazisi ilə tranzit yük daşımalarında 75 % artım olub. Azərbaycan nəqliyyat infrastrukturuna milyardlarla dollar vəsait yatırıb, yeni beynəlxalq hava limanları inşa edib, dəniz nəqliyyatı infrastrukturunun inkişafı üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yanında Azad İqtisadi Zona yaradıb. Limanda yükaşırmanın illik həcminin 25 milyon tona çatdırılması, yeni terminalların inşası hədəflənir. İşğaldan azad edilmiş ərazilərdə də nəqliyyatın infrastrukturunun inkişafına xüsusi önəm verilir. İndiyə qədər Qarabağdakı işlərə 4,5 milyard manat pul ayrılıb", - deyə o qeyd edib. 

pia.az 


Etiket: Bakı Limanı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ən çox oxunanalar