Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağdadda etirazçılar Quranın yandırılmasına görə İsveç səfirliyinə hücum ediblər

Stokholmda saxlanılan müqəddəs Quran kitabının nüsxəsinin yandırılmasına etiraz edən bir qrup iraqlı İsveçin Bağdaddakı səfirliyinin ərazisinə hücum edib...

 

“Report” xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Məlumata görə, İsveç diplomatik missiyasının binası yaxınlığında yüzdən çox etirazçı toplaşıb. Bir müddət əvvəl bir qrup etirazçı Bağdadın mərkəzi hissəsində yerləşən darvazasını sındıraraq İsveç səfirliyinin ərazisinə daxil ola bilib. Diplomatik missiyaya dəyə biləcək zərər barədə məlumat yoxdur.

Səfirliyin ərazisinə daxil olan şəxslər artıq oranı tərk ediblər. Etiraz piketinə qatılan digər iraqlılar da binanı tərk edirlər.

Bildirilir ki, iştirakçılar İslam ziyarətgahlarından birinin təhqir olunmasına etiraz olaraq İsveç səfirinin İraqdan çıxarılmasını tələb ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

BMT-də İbrahim Rəisinin xatirəsinə həsr olunmuş iclas keçirilib

Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib

Mikayıl Cabbarov: "Dövlət borcunun səviyyəsi çox aşağıdır"

Təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib

Ən çox oxunanalar