Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Badmintonçularımız Misirdə 2 qızıl medal qazanıb

Bunlar Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonidir

Misirin paytaxtı Qahirədə keçirilmiş "Egypt International 2018" turnirində Azərbaycan badminton yığması 2 qızıl medal qazanıb. Bunlar Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonidir.

Mübarizəyə əsas mərhələdən start verən Dviçayo ilk görüşündə Yunanıstan təmsilçisi İlias Xansounu texniki qələbə ilə üstələyib. 1/8 finalda o, Macarıstan badmintonçusu Gerqo Pitelə 2:0 (21-6, 21-14), 1/4 finalda Mavriki təmsilçisi, yarışın bir nömrəli reytinq favoriti Julyen Pola 2:0 (21-14, 21-18), yarımfinalda çexiyalı Milan Ludikə 2:0 (21-16, 21-8) hesabı ilə qalib gələrək, finala adlayıb. Həlledici qarşılaşmada Azərbaycan badmintonçusu macarıstanlı Gergeli Krauza da set vermədən qalib gəlib - 2:0 (21-16, 21-16) Beləliklə, Dviçayo kişilərin şəxsi yarışında "Egypt International 2018" turnirinin qalibi olub.

Edi Reski Dviçayo - Ezmi Qovimuramadhnoni cütü kişilərin qoşa yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/4 finalda Pakistan (Anjum Bəşir / Şahmer İltikhar), ardınca Misir (Əhməd Salah / Əbdülrəhman Əbdülhakim) badmintonçularına 2:0 hesabı ilə qalib gələn duet həlledici qarşılaşmada misirli Əli Əhməd Əl Xateb və malaziyalı Yogendran Krişnan cütünə 2:1 (18-21, 21-15, 21-18) hesabı ilə qalib gələrək kişilərin qoşa yarışında qızıl medala sahib olub. (aznews.az)

pia.az


Etiket: Qahirə Badminton

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar