Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AZOVSTAL” döyüşçülərinin taleyi necə olacaq? – Rusiyadan ziddiyyətli açıqlamalar

Rusiya rəsmiləri mübadilə çərçivəsində Ukraynaya qayıtmağı gözləyən “Azovstal”da əsir götürülən hərbçilərin taleyi ilə bağlı ziddiyyətli açıqlamalar verirlər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın “UNİAN” Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, mayın 22-də “dnr”-in rəhbəri Denis Puşilin Rusiya mətbuatına açıqlamasında bildirib ki, ukraynalı hərbçilər üçün Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində “beynəlxalq tribunal” təşkil ediləcək. “dnr” liderinin psevdoməhkəmə prosesinə hansı ölkələri cəlb etməyi planlaşdırdığı barədə məlumat verilməyib. Ancaq Rusiya KİV-ləri Puşilinə istinadən bildirir ki, onlar bu proses üçün fəal şəkildə sənədlər hazırlayırlar.

Rusiya Xarici İşlər Nazirliyi isə “Azovstal”ın müdafiəçilərinin mübadiləsinin mümkünlüyündən danışır.

Belə ki, Xarici İşlər nazirinin müavini Andrey Rudenko ukraynalı hərbçilərin əsir götürülmüş Rusiya hərbçiləri ilə dəyişdirilməsi imkanının müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırarkən deyib: "Bu, mənim səlahiyyətimdə deyil. Yəqin ki, bütün bunlar müzakirə olunur".

Kremldən “Azovstal” müdafiəçilərinin mübadiləsinə icazə verib-verməməyəcəyi ilə bağlı suala isə o, belə cavab verib: “Mən sağlam düşüncəyə zidd olmayan istənilən ehtimalı mümkün sayıram”.

“UNİAN”-ın məlumatına görə, zavodun ərazisində olan bütün insanlar “Azovstal”dan təxliyə edilib. Ağır yaralananlar Rusiyanın nəzarətində olan Novoazovskdakı tibb müəssisəsinə yerləşdirilib. Mariupolun müdafiəçilərinin bir qismi isə humanitar dəhliz vasitəsilə Rusiyanın nəzarətində olan Olenevka kəndinə aparılıb.

Prezident Volodimir Zelenski mətbuata açıqlamasında bildirib ki, ukraynalı döyüşçülərin beynəlxalq təşkilatların vasitəçiliyi ilə vətənə qaytarılması planlaşdırılır: “Hər şey BMT, Qırmızı Xaç və Rusiya Federasiyasının üzərinə götürdüyü işdən asılıdır. Biz bu və ya digər mübadilə formatını gözləyirik. Biz onları evə qaytaracağıq”.

Qeyd edək ki, mayın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Donetsk vilayətinin işğal olunmuş Olenovka kəndinə aparılan ukraynalı döyüşçülərə baş çəkiblər. BQXK vurğulayıb ki, təşkilatın prioritet vəzifələri hərbi əsirlərin saxlanma şəraiti və onlarla rəftarın yoxlanılması, həmçinin onların itkin düşməsinin qarşısının alınması, ailələri ilə əlaqə saxlamaqdır

Təşkilat hərbi əsirlərin qeydiyyatını aparır. Lakin siyahıların məxfi qalacağı və ictimaiyyətə açıqlanmayacağı barədə xəbərdarlıq edib.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Rusiya rəsmilərinin “Azovstal”ın ukraynalı müdafiəçilərinin rus əsirlərlə mübadiləsinini mümkünlüyünə dair fikirləri, ölkə daxilinə hesablanmış təbliğatın bir parçasıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Ən çox oxunanalar