Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı Elçin Ağayev Almaniyadakı məhkəmədə qətl törətdiyini etiraf edib

Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin ilk məhkəmə prosesi keçirilib...

“Report”un Avropa bürosunun məlumatına görə, Detmol şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında E.Ağayev cinayəti qısqanclıq zəmində törətdiyini etiraf edib.

O, keçən ilin iyunun 18-də baş verən cinayət hadisəsinin təfərrüatları barədə danışıb. E.Ağayev bildirib ki, müharibə başlayandan sonra Ukraynanın şərqindən sevgilisi Olqa və iki uşağı ilə Almaniyaya gəlib.

“Biz Kalletal şəhərində yaşayan, Qazaxıstanda anadan olan və sonradan Almaniyaya köçən Andreyin qonağı olduq. O və xanımı Nadine müvəqqəti onlarda qala biləcəyimizi dedilər. Bizim bu ailə ilə münasibətlərimiz çox yaxşı idi. Aramızda heç bir söz-söhbət olmamışdı. Bir dəfə Olqa ilə Andreyin yaxınlığından şübhələndim. Uşaqların otağında gizlənib, onları izlədim. Aralarında münasibətin olduğunu görəndən sonra Andreydən bunun açıqlamasını tələb etdim. O, açıqlama vermək əvəzinə məni evdən qovdu. Bir müddət küçədə gecələdim və həmin vaxt Andreyi öldürməyə qərar verdim”, - E.Ağayev ifadəsində qeyd edib.

Onun sözlərinə görə, cinayət günü narkotik maddənin təsiri altında olub. Andreyi balta ilə qətlə yetirəndən sonra Olqa və iki uşağı ilə avtomobilinə əyləşərək, Almaniyanı tərk etməyə qərar verib. Ancaq həmin gün polis yoxlaması olduğundan avtomobili tərk edib və naməlum istiqamətdə qaçıb. Axtarışda olduğunu isə feybuka girdikdən sonra öyrənib və bir müddət meşədə gizlənməli olub.

E. Ağayev bildirib ki, Polşa sərhədindəki bir qəsəbəyə gəldikdən sonra məqsədi bu ölkəyə keçmək olub. Lakin polis xüsusi təyinatlıları onu bu qəsəbədə saxlayıb.

Hazırlıq iclasında bildirilib ki, E.Ağayev 2012-ci ildə Ukraynada bənzər cinayət törədib. Belə ki, o, ukraynalı sevgilisini bıçaqla öldürdükdən sonra balta ilə başını bədənindən ayırıb. O, Ukrayna məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib və 2019-cu ildə şərti azadlığa buraxılıb.

Detmol şəhər məhkəməsindən “Report”a bildirilib ki, proses yanvarın 24-də davam etdiriləcək. Hökmün fevralın 6-da elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, hadisə bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrey F.Rintelner balta ilə qətlə yetirilib.

Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb.

pia.az


Etiket: Almaniya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar