Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı aktyor koronavirusa yoluxduğunu təsdiqlədi

Türkiyədə koronavirusa yoluxan aktyor Yasin Həzirə səhhətilə bağlı açıqlama verib...

PİA.az baku.ws-ə istinadən xəbər verir ki, martın 14-dən İstanbulda olan aktyor yollar bağlandığı üçün Bakıya qayıda bilmədiyini və virusun ona otaq yoldaşından keçdiyini bildirib:

"İki-üç gün əvvəl dostum Təranə Səmədova ilə İnstaqramda ikimiz canlı yayım açmışdıq. Orada bu məsələni dedim və səhər yuxudan oyananda gördüm ki, bütün saytlar məndən yazıb. Mənə xoş deyil və adımın belə xəbərlə çıxmasını istəməzdim.

Artıq olan olub... Bəli, mən koronavirusa yoluxmuşam. İstanbulda bir evdə qaldığım dostum 7-8 gün əvvəl qızdırma və baş ağrısıyla xəstəxanaya getmişdi. Orada analiz verib evə qayıtmışdı. 4-5 gün sonra analizin cavabı gəldi. Koronavirus pozitiv idi. Bunu dostum mənə deyəndə artıq mən də çoxdan bu virusa yoluxduğumu anladım. Çünki eyni evdə qalırıq, eyni qabdan yemək yeyir, eyni qabdan su içirik və keçirdiyi simptomların eynisi məndə də yaranmağa başladı.

Eyni klinkada analiz verdim, pozitiv çıxdı. Vəziyyətimiz ağır deyil, aradabir qızdırma olur, stabil başağrısı var və bu başağrısı heç vaxt özümdə hiss etmədiyim bir başağrısıdır. Halsızlıq, demək olar ki, yoluxandan bu yana kimi davam edir. Ciyərlərimdə və nəfəs almağımda bir problem yoxdur".

Qeyd edək ki, Yasin tamaşaçılara "Dağıntılar altında" serialından tanışdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

"Hər üç fiziki məhdudiyyətli şəxsdən biri qohum nikahlarından doğulur" - Həkimdən açıqlama

Maşında siqaret çəkməyin zərərləri – Yalnız qoxu ilə əlaqəli deyil

Ən çox oxunanalar