Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı aeroportda 10 milyonluq qızılla tutuldu

Moskvanın "Domodedovo” hava limanının gömrükçüləri Azərbaycan vətəndaşını üzərində on milyon rubl (təxminən 190 min manat) dəyərində markalı qızıl-zinət əşyaları ilə saxlayıb...

Bu barədə Federal Gömrük Xidmətindən bildirilib. Məlumata əsasən, Bakıdan uçan 35 yaşlı əcnəbi gömrük rüsumunu ödəmədən Rusiyaya 2,4 milyon rubl (təxminən 45 min 600 manat) dəyərində qızıl-zinət əşyaları gətirmək istəsə də, yaxalanıb. Müfəttişlər onun bel çantasında "Bvlgari” saatı, "Qrisogono” üzüyü və brilyant, beril, eləcə də korund əlavələri olan qızıldan hazırlanmış "Graff "sırğaları aşkar ediblər.

Federal Gömrük Xidməti bildirib ki, həmin şəxsin yanında mavi sapfir sertifikatı olub, lakin qiymətli daşın özü yoxdur. Məlum olub ki, o, qızıl üzükdə bərkidilib. Qaçaqmalçını 7 ilə qədər həbs cəzası gözlədiyi ehtimal edilir.(lent.az)

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar