Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın dəmiryollarında qatarların dolumluluq səviyyəsi açıqlanıb

Bu il ölkə tarixində ilk dəfə olaraq Bakı-Qəbələ-Bakı istiqamətində sərnişindaşımaya başlanıldı və hazırda yalnız həftəsonları fəaliyyət göstərən bu marşrut üzrə qatarların dolumluluq səviyyəsi 70 %-ə yaxındır...

Bunu Poliqon-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

Onun sözlərinə görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarların dolumluluq səviyyəsi 100 %-i tamamlayır: “Xidmətimizdən istifadə edən sərnişinlərin təxminən 10 %-i xarici turistlərdir”. S.Nəzərova qeyd edib ki, bu il Abşeron dairəvi dəmir yolu xəttinin ətrafında NFC bank kartlarını dəstəkləyən turniketlər mərhələli şəkildə artırılır: “Cari il həmçinin ADY mobil tətbiqi - rəqəmsal həll olaraq sərnişinlərimizə təklif olunub. Artıq 30 mindən çox sərnişin tərəfindən tətbiq yüklənib. Vaxtaşırı olaraq sərnişinlərimizə rəqəmsal mühitdə səfərlərini planlaşdırmaq kimi yeni imkanlar yaradırıq”.

O qeyd edib ki, nəticədə Abşeron dairəvi üzrə kassa və köşklərə yaxınlaşmağa, kağız biletlər almağa, növbələrdə gözləməyə ehtiyac qalmayıb: “Biz özümüz ətraf mühiti qorumaqla sərnişinlərimizi də arxamızca aparırıq və kağız sərfiyyatının minimuma endirilməsini təşviq edirik”.

Poliqon.info


Etiket: ADY qatar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Bank kartlarına kiberhücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Ən çox oxunanalar