Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandakı YDM-lərdə elektromobillər üçün enerjidoldurma yerləri açılacaq

“Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyi ölkədəki yanacaqdoldurma məntəqələrində (YDM) elektromobillər üçün enerjidoldurma yerlərinin açılması istiqamətində iş aparır...

Bunu “Report”a açıqlamasında Assosiasiyanın İdarə Heyətinin sədri Camid Mövsümov bildirib.

“Bu məqsədlə Türkiyə və Böyük Britaniyadan olan şirkətlərlə görüşlərimiz davam edir. Enerjidoldurma qurğularını mövcud YDM-lərin içində yerləşdirməyi nəzərdə tutmuşuq”, - deyə o qeyd edib.

“Enerjidoldurma yerlərinin açılmasına maraq göstərən investorlar var. Onlarla da danışıqlarımız davam edir. Həmin infrastrukturu xüsusilə regionlardakı yollar üzərində yaratmağı planlaşdırırıq. Yəni bütün Azərbaycanı əhatə etmək istəyirik. Bu, elektromobillərdən istifadənin genişlənməsinə ciddi təkan verəcək”, - deyə sədr əlavə edib.
Onun sözlərinə görə, Bakıdakı YDM-lərdə enerjidoldurma qurğularının quraşdırılmasına ilkin mərhələdə 3 milyon ABŞ dolları investisiya qoyuluşu nəzərdə tutulub:

“Tədricən bu məbləğ artacaq. YDM-lərdə bir qurğunun yerləşdirilməsi 200 min ABŞ dollarına başa gəlir. İlkin olaraq Bakıda 8 YDM-i əhatə etməyi planlaşdırmışıq. Regionlara isə 1,5-2,0 milyon ABŞ dolları arası yatırım gözlənilir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar