Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uçot dərəcəsinin 9,25%-ə yüksələcəyi gözlənilir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iyunun 21-də keçiriləcək iclasında yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 9,25%-ə çatdıracağı, daha sonra isə ilin sonuna qədər pul-kredit siyasətinin sərtləşdirilməsini dayandıracağı gözlənilir”.

“Report” xəbər verir ki, bunu RusiyaQazprombank”ının Tədqiqatlar şöbəsinin rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

O, bu cür qərarın lehinə 4 arqument gətirir: yenidən maliyyələşdirmə dərəcəsini hələ də üstələyən inflyasiyanın davamlı yavaşlaması; əhalinin əmanətlərinin dollarlaşmasının sabit, lakin hələ də yüksək səviyyəsi; stimullaşdırıcı fiskal siyasət fonunda pul kütləsinin artımı; daxili tələbatın genişlənməsi.

“İnflyasiyanın davamlı yavaşlamasını nəzərə alaraq, Mərkəzi Bankın bəyanat tonunun yumşaldılmasını istisna etmirik. AMB may ayında keçirilən iclasında pul-kredit siyasətini sərtləşdirməyə davam etməklə uçot dərəcəsini 25 baza bəndi artıraraq 9%-ə çatdırıb. Bundan əlavə, pul-kredit şərtlərinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank faiz dəhlizinin aşağı və yuxarı həddini 50 bazis bəndi və 25 bazis bəndi artıraraq müvafiq olaraq 7,5% və 10%-ə çatdırıb. Bununla da kredit fəaliyyətini tənzimləmək və manatla əmanətlərin cəlbediciliyini dəstəkləmək imkanlarını genişləndirib”, - G.Xaydarşina bildirib.

Onun sözlərinə görə, AMB əvvəlki iclasın nəticələrinə görə antiinflyasiya pul-kredit siyasətinə sadiqliyini təsdiqləyib. İnflyasiya amilləri sırasında Mərkəzi Bank stimullaşdırıcı fiskal siyasət fonunda məcmu tələbin genişlənməsini qeyd edib. Faizlərin sonrakı trayektoriyasını şərh edən AMB proqnozların yaxşılaşması fonunda inflyasiyanın azalması davam edəcəyi təqdirdə faiz artımının dayandırılması və daha sonra onların aşağı salınmasına keçid imkanlarını nəzərdən keçirəcəyini qeyd edib.

“İnflyasiyanın yavaşladığını və yenidən maliyyələşdirmə dərəcəsi səviyyəsinə yaxınlaşdığını nəzərə alsaq, Mərkəzi Bank artıq faiz artımı tsiklinin sonuna yaxındır və bu il iyun iclasında yekun faiz artımına başlaya bilər. Bundan sonrakı iclaslarda monetar sərtləşdirmənin dayandırılması üçün ilkin şərtlər yarana bilər”, - “Qazprombank”ın baş iqtisadçısı hesab edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar