Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tutulan erməni diversanta 18 il həbs istənildi


Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib


Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. 

Prokuror Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı bildirib ki, A. Baqdasaryanın özü ilə gətirdiyi minalar, bıçaq, kibritlər zərərsizləşdirilmək üçün aidiyyəti üzrə təhvil veriləcək. Şəxsi əşyaları, üzərində olan pul isə saxlanılacağı cəzaçəkmə müəssisəsinə göndəriləcək. Daha sonra prosesdə zərərçəkənlər - mülki şəxslər, hərbçilər çıxış ediblər. Onlar dövlət ittihamçısı ilə razılaşdıqlarını bildirib, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş ediblər.

Çıxış üçün söz A. Baqdasaryanın vəkili Ramiz Abdullayevə verilib. Vəkil təqsirləndirilən şəxslə məsləhətləşmək üçün məhkəmədən vaxt istəyib. 

Qeyd edək ki, Baqdasaryana qarşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə ittiham irəli sürülüb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar