Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda traktorları idarə etmək üçün yeni vəsiqə nümunəsi təsdiqlənib

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiq edib

“APA-Economics”in məlumatına görə, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi 86 mm x 54 mm ölçüdə plastik kart formasında olur.

Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ”, sağında “Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi”, ingilis dilində “Driving licence” sözləri yazılır. Vəsiqənin yuxarı sağ küncündə müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir və onun altında 5 rəqəmi ilə nömrələnmiş vəsiqənin seriyası “SV” və altı rəqəmli nömrəsi əks olunur. Sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 24 mm x 18 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur. Fotoşəkilin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunur.

Vəsiqənin üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 8., 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı və ya möhürü, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu traktor və özügedən maşınların kateqoriyaları qeyd olunur. Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılır.

Vəsiqənin arxa tərəfinin sol tərəfində - 1. Soyadı/Surname, 2. Adı və atasının adı/Name and patronymic, 3. Doğulduğu tarix və yer/Date and place of birth, 4a. Vəsiqənin verildiyi tarix/Date of issue, 4b. Etibarlıdır /Date of expiry, 4c. Vəsiqəni vermiş qurumun adı və ya möhürü/İssuing authority name or stamp, 4d. Fərdi identifikasiya nömrəsi/Personal identification number, 5. Vəsiqənin nömrəsi/Licence number, 6. Fotoşəkil/Photo, 7. Vəsiqə sahibinin imzası/Signature of the holder, 8. Yaşayış yeri/Place of residence, 9.Traktor və özügedən maşınların kateqoriyaları/Categories of the tractor and self-propelled machines, 10. Verildiyi tarix/Date of issue, 11. Etibarlılıq müddəti/Date of expiry, 12. Əlavə məlumat və ya məhdudiyyətlər/Additional information or limitations, 14. Digər qeydlər/Other information - sözləri yazılır.

Vəsiqənin arxasının sağ tərəfində sütunları 9, 10, 11 və 12 rəqəmləri ilə işarələnmiş cədvəl əks olunur. 9 nömrəli sütunda traktor və özügedən maşınların kateqoriyaları və hər bir kateqoriyaya aid aşağıdakı məlumatlar göstərilir:

- “T” – təkərli traktorlar, 14 kN (1.4 d.g.) sinfinə kimi / Wheel tractors up to 14 kN (1,4 t.f.);

- “TK” – təkərli traktorlar, 14 kN (1,4 d.g.) sinfindən yuxarı / Wheel tractors above 14 kN (1,4 t.f.);

- “TT” – tırtıllı traktorlar / Tracked tractors;

- “H” – mexaniki transmissiyalı özügedən maşınlar / Self-propelled machines with mechanical transmission;

- “HT” – hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər / Self-propelled machines with hydrostatic transmission, including loaders;

- “HK” – meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar/ Reclamation and road-construction equipments, including excavators.

Cədvəlin alt hissəsində digər məlumatların əks olunması üçün 14 rəqəmi ilə nömrələnmiş sətir nəzərdə tutulub. Vəsiqənin üzərində təmassız oxuna bilən QR-kod (kodlaşdırılmış məlumat) yerləşdirilir və burada vəsiqə sahibinin soyadı, adı, atasının adı və aldığı kateqoriya haqqında məlumat əks olunur. Vəsiqədə Azərbaycan Respublikasının Dövlət xəritəsi, fon şəkli olaraq Azərbaycan Respublikasının Dövlət gerbi və xəritəsi, habelə təkərli traktor və naxışlar təsvir olunur.

pia.az


Etiket: traktor


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar