Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda son 6 ilin ən isti oktyabrı yaşanır

Azərbaycanda bu ilki oktyabr ayı anomal isti keçir

Lakin bu il təkcə Azərbaycanda deyil, bir çox Şərqi Avropa ölkələrində oktyabr ayı mülayim isti keçir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu il Bakıda və Abşeron yarımadasında oktyabrın I, II və III ongünlüyünün I yarısında havanın orta temperaturu 19,1 dərəcə isti olub. Bu da çoxillik iqlim normasından 3 dərəcə yüksəkdir.

U.Tağıyeva qeyd edib ki, havanın orta temperaturunun çoxillik iqlim normasından 3 dərəcə yüksək olması anomal sayılsa da, bu göstərici rekord sayılmır: "120 illik meteoroloji müşahidələrə əsasən, Bakıda və Abşeron yarımadasında oktyabr ayının ən isti keçdiyi dövr 1934-cü il olub. Həmin ayda havanın orta aylıq temperaturu iqlim normasından 4,5 dərəcə yüksək olub".

Son onilliklərə gəldikdə, U.Tağıyeva əlavə edib ki, 2012-ci il ərzində bütün oktyabr ayı ərzində havanın temperaturu iqlim normasından 3,1 dərəcə yüksək olub. (Trend)

pia.az


Etiket: Hava oktyabr

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Vətən müharibəsi qazisi: "Formula 1" yarışını tribunadan izləmək çox xoşdur

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik"

Ən çox oxunanalar