Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qızını zirzəmidə saxlayan ataya hökm oxundu

Ü.Bədəlov qızını mütəmadi döyərək xəsarətlər yetirib...

Mingəçevir Şəhər Məhkəməsində əqli geriliyi olan 19 yaşlı qızına əzab verən, onu zirzəmidə və həyətdə boruya bağlı halda saxlayan atanın məhkəməsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, 1978-ci il təvəllüdlü Ü.Bədəlov Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 və 145.2.5-ci (Əzab vermə - köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə və qanunsuz azadlıqdan məhrumetmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə Ü.Bədəlov 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İstintaq və məhkəmə prosesi dövründə ev dustaqlığında olan şəxs məhkəmə zalındaca həbs edilib.

Məhkəmədə bildirilib ki, 4 uşaq atası olan Ü.Bədəlov 2022-ci ildən etibarən ortadərəcəli əqli inkişafında davranış pozğunluğu və “kaxeksiya” diaqnozu qoyulmuş qızına tibbi kömək göstərilməsi və lazımi şəraitdə saxlanılması üçün mümkün ola biləcək ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət etməyib. O, qızının keçirdiyi psixoloji xəstəlik səbəbindən 2022-ci ildən etibarən digər ailə üzvlərinin də ona qulluq göstərilməsinin qarşısını alaraq, keçirdiyi psixoloji xəstəliyinə görə qızını günahlandırıb. Ü.Bədəlov qızını mütəmadi döyərək xəsarətlər yetirib, onu evinin zirzəmisində pis qoxulu, qaranlıq yerdə aclığa və digər qeyri-insani rəftara məruz qoymaqla, həmçinin həyətdə dirəyə bağlamaqla saxlayıb.

Ü.Bədəlov ifadəsində qızının keçirdiyi psixoloji xəstəlikdən sonra evdəki əşyalara tez-tez ziyan vurduğunu, həyətdən çıxıb qaçdığını və məcbur qalıb onu qapalı zirzəmidə saxladığını, həmçinin həyətdə dirəyə bağladığını deyib.

Poliqon.info


Etiket: ata hökm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar