Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2022-ci ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb. 

AGF-in mətbuat xidmətindən verilən məlumata görə, reytinq sıralamasının birinci pilləsində 801 xalla dünya çempionatının bürünc, Avropa çempionatının üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası yer alıb. 

İkinci pillədə 772 xalla bədii gimnastika üzrə IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova qərarlaşıb. 

V İslam Həmrəyliyi Oyunlarının qızıl və bürünc medalçısı, kişi idman gimnastı İvan Tixonov 435 xalla üçüncü pillədədir. V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Nikita Simonov isə 368 xalla 4-cü yeri tutub. 

İl ərzində bir sıra beynəlxalq turnirlərin mükafatçısı olmuş Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanova ibarət bədii gimnastika üzrə qrup komandasının üzvləri 365 xalla 5-ci pillədə yer alıb. 

Dünya çempionatının gümüş mükafatçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli 297,5 xalla 6-cı olub.

Dünya çempionatının ikiqat bürünc mükafatçıları, akrobatika gimnastikası üzrə kişi cütlüyü Daniel Abbasov və Murad Rəfiyev 287 xalla 7-ci sıranı tutublar. 

V İslam Həmrəyliyi Oyunlarının komanda hesabında qızıl medalçısı, bədii gimnast İlona Zeynalova 221 xalla 8-ci pillədə qərarlaşıb. 

Batut gimnastikası üzrə təmsilçi, Avropa çempionu və dünya yaş qrupları yarışlarının bürünc mükafatçısı Maqsud Mahsudov 190 xalla 9-cu sırada yer alıb. 

Bu il Avropa çempionatında 4-cü yeri tutmuş və bir sıra mötəbər yarışların iştirakçısı olmuş bədii gimnast Arzu Cəlilova reytinq cədvəlində 181 xalla 10-cu yerdə qərarlaşıb.

pia.az


Etiket: AGF


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar