Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda görülən bu işlər hesabatlarda göstərilməlidir - Səməd Seyidov

Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv Sərəncamı nəticəsində yüzlərlə məhkum azadlığa buraxılıb

Dövlət başçısı ölkədə məhkəmə sistemində islahatların aparılması ilə bağlı Fərman imzalayıb. Azərbaycanda görülən belə müsbət işlər də hesabatlarda göstərilməlidir.

PİA.az Publika.az-a istinadən xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun Bürosunun və Daimi Komitəsinin hesabatı ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

S.Seyidov hesabatın vacibliyini qeyd edərək onun obyektiv tərtib edilməsinə çağırıb. O deyib: “Azərbaycanla bağlı həmişə mənfi fikirlər səsləndirilir. Xatırlamıram ki, belə hesabatlarda nə vaxtsa Azərbaycanda görülən müsbət işlər də sadalansın. Bu, təəssüf doğurur. Hesabatda ölkədə gedən inkişaf prosesləri qeyd edilməlidir”.

Nümayəndə heyətinin rəhbəri erməni deputatın təhrif edilmiş məlumatlarla və nifrət dolu çıxışına sessiyanın müvafiq iclasında baxılmasına da çağırıb. “Regionumuzda çox dəyişikliklər baş verir. Ancaq müstəsna olaraq dəyişməyən erməni deputatın nifrət dolu çıxışıdır. Bu çıxış Assambleyanın demokratik və digər dəyərlərinə tamamilə ziddir. Sessiyada nifrətə qarşı mübarizə ilə bağlı müzakirələrdə bu məsələyə baxılacaq”, - deyə S.Seyidov diqqətə çatdırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar