Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir?

“Yanvarın 18-dən başlayan vaksinasiya prosesi Azərbaycanın bütün regionlarında keçirilir”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, regionlar üzrə peyvənd olunan tibb işçiləri arasında özünü pis hiss edən və ya halı pisləşən olmayıb: “Bu barədə bizdə heç bir məlumat yoxdur”.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Bakı şəhəri üzrə tibb işçilərinin, eləcə də digər vətəndaşların peyvənd olunmasına və həmin şəxslərin vaksinasiyadan sonra səhhətlərinə Səhiyyə Nazirliyi nəzarət edir.

Lakin Nazirlik məsələ ilə bağlı “Report”un sorğusunu cavablandırmayıb. Ona görə də Bakıda peyvənd olunan tibb işçilərinin durumu barədə məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini istifadə edilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na görə COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:


-səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;

- hüquq-mühafizə orqanlarının əməkdaşları;

- hərbi qulluqçular;

- saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

- təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- yaşlı əhali ≥65;

- TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar