Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu ərzaqlar bahalaşdı

Azərbaycanda 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb

Cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.

Ay ərzində düyü, un, qoyun əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, kərə, zeytun və qarğıdalı yağları, banan, armud, xiyar, pomidor, badımcan, göy lobya, soğan, kartof, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində artım, manna və qarabaşaq yarması, makaron məmulatları, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kivi, kələm, göyərti, çuğundur, yerkökü və sarımsağın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından geyim, ayaqqabılar, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, minik avtomobilləri üçün ehtiyat hissələri, dəftərxana ləvazimatları, zərgərlik məmulatlarının qiymətlərində artım, kondisioner, mobil telefon, televizor, fotoaparatlar və planşet tipli kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabr ayında oktyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, ictimai iaşə və stomatoloji xidmətlərin qiymətləri artıb, ölkə daxilində istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. (trend)

pia.az


Etiket: Ərzaq Bahalaşma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Mehriban Əliyeva “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı ilə bağlı paylaşım edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay