Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda avtomobil nəqliyyatının vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda yeni yaradılmış Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İnformasiya Sisteminin tətbiqi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturu yaradılacaq.

Bunu "APA-Economics"ə müsahibəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, İKT-nin tətbiqi ilə avtomobil nəqliyyatı sahəsinin vahid informasiya sisteminin yaradılması digər dövlət qurumları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması nəticəsində bir sıra xidmətlərin təmassız təqdim edilməsinə, dövlət tənzimlənməsi mexanizmlərinin effektiv tətbiqinə, yarana bilən problemlərin sürətli aradan qaldırılmasına şərait yaradacaq.

"Bunun üçün yeni sistemin "Elektron hökumət" portalına tam inteqrasiya edilməsi təmin olunacaq. Bu sistemin tətbiqi nəticəsində daşıyıcılarla məmurların təması minimuma endiriləcək. Xüsusilə vurğulayım ki, proseslərin tamamilə şəffaf qaydada, elektron sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub", - deyə R. Hümmətov qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda məlumat bazasının toplanması üzərində əsaslı işlər gedir və ölkə üzrə sərnişindaşıma marşrutları, onların operatorları barədə məlumatlar bu sistemdə yerləşdiriləcək.

"Sistemin tətbiqi çərçivəsində yükdaşıma sahəsində sənədlərin elektronlaşdırılması nəticəsində daşıyıcı ilə yanaşı, yükgöndərənin və yükalanın fəaliyyətinə də nəzarət artacaq, bu da öz növbəsində şəffaflığı təmin edəcək və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq. Avtobuslarla sərnişin daşımalarında elektron bilet sistemi arealının ölkə ərazisində genişləndirilməsi nağd hesablaşmaların aradan qaldırılmasına şərait yaradacaq", - deyə nazir müavini bildirib.

R. Hümmətovun sözlərinə görə, taksi ilə daşımalar sahəsində iştirakçıların və operatorların fəaliyyətinin tənzimlənməsi istiqamətində də tədbirlər görüləcək.

"Beləliklə, ölkə üzrə sərnişin və yükdaşımaları barədə əldə etdiyimiz müfəssəl məlumat bazası avtomobil nəqliyyatı ilə daşımalar sektoruna kompleks tənzimlənməni təmin edəcək, vətəndaş üçün yüksək keyfiyyətli xidmət, sahibkar-daşıyıcı üçün əlverişli mühit və dövlət üçün büdcə daxilolmalarının artırılması ilə nəticələnəcək", - R. Hümmətov əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar