Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda arılar kütləvi surətdə qırıla bilər

Dərmanlama, yəqin ki, arıçılığa ziyan vuracaq, biz bundan çox narahatıq...

Azərbaycanın Gürcüstanla sərhədyanı ərazilərində yayılmış qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ölkədə arıların kütləvi surətdə qırılmasına səbəb ola bilər.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov bildirib.

‘‘Həmin zərərvericiyə qarşı Qida Təhlükəsizliyi AgentliyiKənd Təsərrüfatı Nazirliyi dərmanlama yolu ilə birgə mübarizə tədbirləri həyata keçirirlər. Bu isə kütləvi arı qırğınlarına səbəb ola bilər. Gürcüstanda artıq bu problem yaşanıb. Biz istərdik ki, bioloji mübarizə tədbirlərinə üstünlük verilsin. Bilirik ki, qəhvəyi mərmər bağacığı təbiətə ziyandır. Amma yenə də bunun digər bioloji mübarizə yolları da var.

Dərmanlama, yəqin ki, arıçılığa ziyan vuracaq, biz bundan çox narahatıq. Təklifimiz həm də budur ki, dərmanlama işi bizimlə koordinasiya olunsun. Yəni ərazilər dərmanlanan zaman bizə xəbərdarlıq edilsin ki, arılarımızı həmin ərazilərdən uzaqlaşdıraq’’, - deyə o qeyd edib.

pia.az


Etiket: arıçılq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Ən çox oxunanalar