Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 13 000 vətəndaşın şəxsi məlumatları sosial şəbəkəyə sızdırıldı    

“Sosial şəbəkələrdə son iki ay ərzində kiberdələduzlar tərəfindən ələ keçirilən 13 000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq”.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatında qeyd edilir.

ETX vətəndaşlardan diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir.

Həmçinin, bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

ETX-dən, həmçinin, qeyd olunub ki, qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir. Adıçəkilən məlumat bazasının aşkarlanması ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırılması zamanı mümkün olub.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Ən çox oxunanalar