Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib

Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir...

Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib.

Poliqon.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib.

Sual: Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin 20 fevral tarixində İran İslam Respublikasına səfərə getdiyi, lakin 4 mart tarixindən etibarən ondan xəbər alınması mümkün olmadığı barədə məlumat yayılıb. Xarici İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı hansı tədbirlər görülür?

Cavab: Qeyd edilən məsələ ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə 9 mart 2023-cü il tarixində daxil olub.

Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.

Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, 27 yanvar 2023-cü il tarixində ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar