Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkiyə liderləri Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər - Yenilənib

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər...

Poliqon xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçılarına raport verib.

Prezident İlham ƏliyevPrezident Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Məlumat verilib ki, hərbi kompleks müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə avadanlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək imkanına malikdir. Hərbi kompleks 1 mərkəzdən, 8 təmir müəssisəsindən və 10 sahədən ibarətdir. Burada müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox avadanlıq quraşdırılıb. Eyni zamanda, idarəetmə, yataqxana və təminat binası inşa edilib.

Hərbi hissənin zirehli və avtomobil texnikaları parkında texniki nəzarət məntəqəsi, texniki qulluq və təmir məntəqəsi binaları, ümumi texnika tutumu 284 yer olan 4 saxlanc, yanacaqdoldurma, yuma və gündəlik texniki qulluq məntəqələri inşa olunub.

“Naxçıvan Mərkəzi Təlim-Tədris Sahəsi” taktiki və idman sahələrindən, atış, artilleriya, mühəndis, kəşfiyyat, rabitə, kimya və qarovul şəhərciklərindən ibarətdir. Kompleksə yüksək səviyyədə təchiz olunmuş idman şəhərciyi də daxildir.

***

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.

Bu barədə "Report"un Naxçıvana ezam olunan əməkdaşı xəbər verir.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

Ən çox oxunanalar