Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İran arasında Preferensial Ticarət Sazişi imzalanacaq

İqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin yüksək həcmi və həyata keçirilən birgə layihələrin sayı yaxşı göstərici hesab oluna bilər. Koronavirus pandemiyasının təsiri altında olan dünya iqtisadiyyatı və ticarətinin hələ də özünə gələ bilməməsinə baxmayaraq, 2021-ci ildə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri 2020-ci illə müqayisədə 30%-dən çox artıb.

APA-nın xəbərinə görə, bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin Azərbaycanla İran arasında 30 illik dostluq münasibətlərinə dair məqaləsində bildirilib.

Onun sözlərinə görə, ticarət əlaqələri koronavirus pandemiyasından əvvəlki dövrlə də müqayisədə nisbi artıma malik olmaqla son iki onillikdə ən yüksək səviyyəyə çatıb.

Azərbaycan Respublikasının İrandan idxalının artması ilə yanaşı, İrana ixracı da əhəmiyyətli dərəcədə artmış və 2021-ci ildə İran Azərbaycan Respublikasının qeyri-neft ixracının 11%-ni özünə cəlb etmişdir ki, bu da İranın siyasətində və xarici ticarətində qonşularına davamlı diqqətinin göstəricisidir. Ümid edilir ki, yaxın gələcəkdə iki ölkə arasında Preferensial Ticarət Sazişinin imzalanması və cari günəş ilində İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 15-ci iclasının keçirilməsi ilə 765 km ümumi sərhədə malik olan iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, iki ölkə arasında yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun şəkildə daha da inkişaf etsin”, - diplomat qeyd edib.

Səfir vurğulayıb ki, hər iki tərəfdən koronovirusa nəzarətin düzgün idarə olunması ilə nəqliyyat, enerji və sənayenin müxtəlif sahələrində bir sıra birgə layihələr daha sürətlə həyata keçirilir: “Ölkələrimiz birgə fəaliyyət və əməkdaşlıq şəraitində tranzit daşımaları və enerji təchizatı, dünya ölkələrinin, xüsusilə də Avropanın təbii qaza olan tələbatının təmin olunması sahəsində mühüm rol oynayırlar. Bu gün görürəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli sazişlər və layihələr bu həqiqəti təsdiq edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar