Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistanın liderlərinin sülh mesajları... - Rusiya və Ermənistan sülhə hazırdır?

Paşinyanın Vladivostoka dəvət edilməsi Putinin Ermənistan liderinə “qulaqburması” vermək istəyi ilə izah oluna bilər...

Politoloq: “Nikol Paşinyanın 2 sentyabr açılması və qondarma rejimin rəhbərlərinə göndərdiyi məktub heç də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın vaxtlarda imzalanmasından xəbər vermir”.

“Erməni politoloqları iddia edirlər ki, sülh sazişi noyabrın 8-də imzalanacaq. Noyabrın 8-ində Azərbaycanda Vətən müharibəsində əldə olunan qələbənin ikinci ildönümü qeyd olunacaq və elə burdan da görünür ki, bütün bu əsassız bəyanat və açıqlamalar təxribat xarakterlidir”.

Bu sözləri politoloq İlqar Vəlizadə AzərbaycanErmənistan liderlərinin sülh sazişi ilə bağlı verdikləri mesajı PİA.az-a şərh edərkən qeyd edib.

AzərbaycanErmənistan liderləri İlham Əliyev və Nikol Paşinyan ilin sonuna qədər sülh sazişinin imzalanmasının mümkün olması ilə bağlı açıqlamalar veriblər. Hətta bəzi iddialara görə Azərbaycanla Ermənistan sülh sazişini noyabrda imzalayacaq. Lakin Paşinyanın dedikləri ilə davranışları arasında fərq sülh sazişinin bu ilin sonuna qədər imzalanması ehtimalını azaldır. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın sülh prosesindən yayınması ilə bağlı verdiyi təbliğat xarakerli əsasız açıqlama da əslində ermənilərin sülhdən yayınmaq üçün səbəb axtarmalarından xəbər verir.

Digər tərəfdən isə Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Vladivostokda keçiriləcək foruma dəvət etməsi də sülhə olan ümidləri azaldır. Siyasi müşahidəçilərin fikrincə Ermənistanın Uzaq Şərqə heç bir aidiyyatı olmadığı halda Vladivostoka dəvət alması ondan xəbər verir ki, Putinin əsas məqsədi orda Paşinyana “qulaqburması” verməkdir. Əgər söhbət Vladivostokda hansısa ölkənin liderinin təmsil olunmasından və bununla da Rusiyanın imicinin qorunmasından söhbət gedirsə, o zaman Putin Uzaq Şərqə bağlılıqları olan Mərkəzi Asiya ölkələrinin liderlərindən birini foruma dəvət edə bilərdi. Paşinyanın ora dəvət edilməsi isə məhz Putinin Ermənistan liderinə “qulaqburması” vermək zərurəti ilə izah oluna bilər.

Bu ilin sonuna qədər Azərbaycanla Ermənistan sülh sazişini bu il imzalanmasını nə qədər mümkündür və Rusiya Qafqazdakı əsas təzyiq mexanizminin itirilməsi ilə razılaşaraq Bakı və Yeravanın yekun sülhə imza atmasına imkan verəcəkmi?

AzərbaycanErmənistan arasındakı sülh prosesini PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Erməni mənbələr iddia edirlər ki, Qriqoryan Qarabağa getdiyinə görə üzr istəyib. Amma onun üzr istəməsi ilə bağlı heç bir yerdə rəsmi açıqlama yoxdur. Yəni Qriqoryan açıq şəkildə Qarabağa gedibsə, açıq şəkildə də üzr istəməli idi”.

Erməni politoloqların da iki ölkə arasında sülh müqaviləsinin noyabrda imzalanacağı ilə bağlı verdilkləri proqnozlar vəziyyəti daha da qarışdırmaq məqsədi güddüyünü vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu tip bəyanatlar əslində sülh müqaviləsinin imzalanmasının qarşını almaq məqsədini güdür:

“Əvvəla onu qeyd edim ki, Azərbaycanla Ermənistan arasında sülhün olacağını erməni politoloqlar da deyir. Amma onlara bu məlumatları kimlərin verdiyi məlum deyil. Tərəflər Brüsseldə razılaşdırıblar ki, sentyabr ayında xarici işlər nazirləri görüşəcəklər. Bildirildi ki, bu görüşdə sülh müqaviləsinin mətni üzərində işlər getməlidir. Erməni politoloq isə iddia edir ki, artıq sülh müqaviləsinin mətni var. Əgər mətn varsa, onda kimə lazımdır onun üzərində iş aparmaq? Bu sual havadan asılı qalır.

Digər tərəfdən həmin erməni politoloqları iddia edirlər ki, sülh sazişi noyabrın 8-də imzalanacaq. Noyabrın 8-ində Azərbaycanda Vətən müharibəsində əldə olunan qələbənin ikinci ildönümü qeyd olunacaq və elə burdan da görünür ki, bütün bu əsasız bəyanat və açıqlamalar təxribat xarakterlidir. Bununla ermənilər sadəcə sülh sazişi üzərində işlərin aparılmasını əngəlləməyə çalışırlar.

Eyni zamanda Brüssel görüşündən sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağa getdi. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də nota verdi. Düzdür, erməni mənbələr iddia edirlər ki, Qriqoryan Qarabağa getdiyinə görə üzr istəyib. Amma onun üzr istəməsi ilə bağlı heç bir yerdə rəsmi açıqlama yoxdur. Yəni Qriqoryan açıq şəkildə Qarabağa gedibsə, açıq şəkildə də üzr istəməli idi.

Həmçinin Nikol Paşinyanın 2 sentyabr açılması və Qondarma rejimin rəhbərlərinə göndərdiyi məktub heç də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın vaxtlarda imzalanmasından xəbər vermir.

İlqar Vəlizadə: “Yeravan separatçıların təhlükəsizliklərinin qarantı kimi çıxış etməkdən rəsmi qaydada imtina etməlidir. Amma Ermənistan 2-3 ay ərzində bu addımı ata bilərlərmi? Biz hələ ki, Yeravandan bu istiqamatdə xoş niyyət müşahidə etmirik”.

Biz də istərdik ki, işlər surətlə getsin və Ermənistan sülh müqaviləsini imzalasın. Ancaq bu cür addımlarla Ermənistanın sülh müqaviləsini imzalaması çətin görünür. Ermənistan sülh müqaviləsini imzalamaq üçün ilk növbədə öz iddialarından birdəfəlik əl çəkməlidir. Ermənistan Qarabağ erməniləri ilə bağlı heç bir təminat verməməlidir, erməni rəsmiləri Qarabağa səfər etməməlidirlər, Səfər edirlərsə də, Azərbaycandan aldıqları icazəylə ora getməlidirlər. Onların Qarabağ separatçıları ilə münasibətləri kəsilməlidir və Yeravan separatçıların təhlükəsizliklərinin qarantı kimi çıxış etməkdən rəsmi qaydada imtina etməlidir. Amma Ermənistan 2-3 ay ərzində bu addımı ata bilərlərmi? Biz hələ ki, Yeravandan bu istiqamatdə xoş niyyət müşahidə etmirik.

Brüssel görüşündən sonra da, Qarabağda və sərhəddə gərginliklər yaşanır, ara-sıra atışmalar baş verir. Təəsüflər olsun ki, seperatçı rejim hələ də, Qarabağda müharibə fəlakətinin təkrarlanması üçün fəaliyyət göstərir. Onlara da Ermənistan rəsmiləri dəstək verir. Ermənistandan oraya qaz, işıq aparılır. Əsl reallıq budur ki, ermənlər nə rəsmən, nə də de-fakto Azərbaycana qarşı əraziddialrından vaz keçməyiblər. Ermənistan rəsmilərinin isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərlə bağlı verdikləri hər hansı bir bəyanat, ya da fikir Azərbaycanın daxili işlərinə qarışmaqdır və bu elə belə də dəyərləndirilməlidir.

Erməni politoloqlar da iki ölkə arasında sülh müqaviləsinin olacağını, həm də noyabrda olacağını gündəmə gətirməklə vəziyyəti daha da qarışdırmaq istəyirlər. Onlar bu proqnozları ilə revanşist qüvvələrin təbliğat maşınına işləyirlər və sülh istəməyən qüvvlərin Paşinyanı devirmək üşün əllərinə səbəb verməyə çalışırlar. Onlar revanşistlərə demək istəyirlər ki, indiki Ermənistan hakimiyyəti Azərbaycana “təslim olmağa” hazırdır. Rəsmi Yeravan Azərbaycanın tələblərinə uyğun siyasət aparır. Buna görə də noyabrda sülh müqaviləsi imzalanacaq. Bununla da Ermənistan tam olaraq Qarabağı itirmiş olacaq.

İlqar Vəlizadə: “Yeravanda sülhə mane olacaq o qədər qüvvələr var ki, Moskva bu məsələyə müdaxilə etməyə belə ehtiyac duymur”.

Qarabağ məsələsinin Rusiyanın Qafqazdakı əsas təzyiq mexanizmi olması və sülh sazişindən sonra bu təzyiq alətini itirməsi faktoru var. lakin bu o demək deyil ki, burda Rusiyanın hər istədiyi ola bilər. Sülhə nail olmaq üçün hər şeydən əvvəl Yeravanın sülh istəyi və bu istəyə dayanan siyasi iradəsi olmalıdır. Hələ ki, Yeravanda belə bir istək müşahidə olunmur. Müşahidə olunan isə iqtidar, ya da müxalifət olnasından asılı olmayaraq bütün ermənilərin sülhə hazır olmammalarıdır. Ona görə də Rusiyanın sülhə mane olacağı iddiası də o qədər də inandırıcı görünmür. Çünki Yeravanda sülhə mane olacaq o qədər qüvvələr var ki, Moskva bu məsələyə müdaxilə etməyə belə ehtiyac duymur.

Ola bilsin ki, erməni politoloqlar da Rusiyanın dilindən danışırlar Yəni, Rusiyadan gələn tezislər əsasında onların sülhə mane olacaq müxtəlif fikirlərortaya atması mümkündür. Belə iddialar səsləndirməklə ölkədə vəziyyəti gərginləşdirmək istəyirlər ki, sülh müqaviləsi mövzusu daha da uzadılsın. Amma bunların hamısı ötəri proseslərdir. Əvvəl-axır Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır. Bu Rusiyanın və başqa dövlətin istəyib-istəməməsindən asılı olmayaraq baş tutacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar