Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistan sərhəd komissiyasının fəaliyyəti sülh prosesinə müsbət təsir edirmi?

Ermənistanın Təhlükəsizlik Şurasının katibi deyib ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının yanvarın sonunda növbəti görüşü keçiriləcək...

Politoloq: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi sərhədlərin delimitasiyasından öncə imzalanacaq”.

AzərbaycanErmənistan dövlət sərhədinin delimitasiyası komissiyaları işləyir. Bu komissiya bütün hələ uzun müddət iclaslarını keçirəcək”.

Bu sözləri politoloq Qabil Hüseynli AzərbaycanErmənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının növbəti keçiriləcək görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, AzərbaycanErmənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçirəcək. Lakin bilirik ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası uzun sürən prosesdir və bu proses 10 illərlə uzana bilər.

Buna baxmayaraq, komissiyanın fəaliyyəti sülh prosesinə müsbət təsir edirmi və sərhədlərin delmitasiyası olmadan sülh sazişinin imzalanmasını mümkün hesab etmək olar?

AzərbaycanErmənistan arasında sülh prosesinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Delimitasiya və demarkasiya məsələləri sülh müqaviləsinin yolunda əngəl ola bilməz və olmamalıdır da”.

Bu komissiyanın işləməsinin yalnız və yalnız müsbət tərəflərinin olduğunu qeyd edən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, komissiya iki ölkə arasında münasibətlərin sahmana salınması görüntüsünü yaratmaqla yanaşı, həm də sülhyaratma prosesində və yaxuddakı iki ölkə arasındakı münasibətlər sistemində ən həssas məsələni həyata keçirir:

“Məncə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi sərhədlərin delimitasiyasından öncə imzalanacaq. Çünki delimitasiyası və demarkasiya məsələləri illər çəkən məsələdir. Onu da qeyd edim ki, delimitasiyası və demarkasiya məsələləri qısamüddətli də ola bilər. Sülh müqaviləsinin imzalanmasından asılı olmayaraq bu proses davam etməlidir. Buna görə də, delimitasiya və demarkasiya məsələləri sülh müqaviləsinin yolunda əngəl ola bilməz və olmamalıdırda.

AzərbaycanErmənistan dövlət sərhədinin delimitasiyası komissiyaları işləyir və işləməlidirdə. Bu komissiya bütün iclaslarını keçirəcək. Bu komissiyanın işləməsinin yalnız və yalnız müsbət tərəfləri var. Çünki iki ölkə arasında münasibətlərin sahmana salınması görüntüsünü yaratmaqla yanaşı, həm də sülhyaratma prosesində və yaxuddakı iki ölkə arasındakı münasibətlər sistemində ən həssas məsələni həyata keçirir. Bu səbəbdən də AzərbaycanErmənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işləməsinin çox böyük əhəmiyyəti var”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ən çox oxunanalar