Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Türkiyədən “Hürkuş” və “Hürjet”, Gürcüstandan Su-25 və ya Ge-31 alacaqmı...

Yaxın gələcəkdə Azərbaycan öz Hərbi Hava Qüvvələrini Türkiyədən kiçik təlim-döyüş təyyarələri və Gürcüstandan Su-25 hücum təyyarələri almaqla gücləndirə bilər. Virtualaz.org xəbər verir ki, bu barədə “Forbes” jurnalında analitik Pol Iddonun məqaləsində deyilir.

Qeyd olunur ki, son illər Azərbaycan və Türkiyə arasında hərbi əlaqələr kəskin şəkildə genişlənib. Bakının Türkiyədən silah idxalı 2020-ci ilin payızındakı Qarabağ müharibəsindən əvvəl kəskin artıb, həmin müharibədə Azərbaycan Ermənistanı sarsıdıcı məğlubiyyətə uğradıb. Azərbaycanın “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrindən bu müharibədə effektiv istifadəsi həmin PUA-lara bir çox ölkələrdə maraq yaradıb.

Müəllif xatırladır ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalı MiQ-29 qırıcılarından və Su-25 hücum təyyarələrindən ibarətdir. İndi isə Azərbaycan Türkiyədən yüngül təlim-döyüş təyyarələri almağa hazırlaşır. Bakının sorğusuna iki yerlik “Hürkuş” turbovintli təlim-məşq təyyarələri daxildir.Türkiyə bu yaxınlarda həmin təlim-məşq təyyarəsini Nigeriyaya ixrac etmək haqda müqavilə bağlayıb. Nigeriya Türkiyədən həmin təyyarələri alan ilk ölkədir. Ümidlər var ki, növbəti müştəri Azərbaycan olacaq.

“Biz Azərbaycana təyyarələrin satışı barədə mühüm hadisələr gözləyirik”,-Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri İsmayıl Dəmir ötən il dekabrın 4-də jurnalistlərə bildirib. Ertəsi gün “Hürkuş” Azərbaycanda sınaq uçuşları keçirib.

“Hürkuş” pilotların hazırlanması üçün istifadə edilən baza təlim təyyarəsi olsa da ümumi təyinatlı döyüş sursatları və “Roketsan” tərəfindən istifadə edilən ağıllı sursatlar (MAM-C, MAM-L) da daşıya bilər. Həmin sursatları “Bayraktar”lar da istifadə edir.

Bu ilin yanvar ayında isə Türkiyənin TÜSAŞ dövlət şirkəti “Hürjet” kiçik təlim-döyüş təyyarələrinin seriya istehsalına başladığını elan edib. “Hürkuş” təyyarələrindən fərqli olaraq “Hürjet” Cənubi Koreyanın T-50 Golden Eagle təyyarələrinə bənzər olan, təkmilləşdirilmiş reaktiv təlim-döyüş təyyarəsidir.

Pol Iddona görə Azərbaycan öz aviasiya gücünü artırmaq, yeni pilotlar hazırlamaq və hazırkı pilotların uçuş saatlarını artırmaq üçün bu təyyarələri də almağa maraq göstərə bilər. Əslində Azərbaycan bu tip təyyarələrə daha əvvəl maraq göstərib, İtaliyadan bir neçə M-346 yüngül təlim-döyüş təyyarəsi alıb. Onlar universal və ağıllı bombalar, raketlər daşıya bilər.

Məqalədə xatırladılır ki, Azərbaycanın neçə vaxtdır Pakistandan JF-17 Thunder (Block III) qırıcılarını almağa da maraq göstərdiyi məlumdur. Onlar Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcılarını əvəz edə bilər.

Müəllif daha sonra Azərbaycanın Su-25 hücum təyyarələrini Türkiyənin də köməyi ilə modernizə etdiyini, həmin təyyarələrin 250 kilometr mənzilli SOM qanadlı raketlərini daşımaq imkanları qazandığını yazır. Habelə bu hücum təyyarələri Belarus istehsalı olan “Talisman” radioelektron mübarizə sistemləri ilə təchiz edilib və nəticədə Qarabağ müharibəsində onların döyüş qabiliyyəti artıb.

Ötən ilin sentyabr-oktyabr aylarında sosial şəbəkələrin türk seqmentində belə xəbərlər dolaşırdı ki, Türkiyə Gürcüstandan 50 yeni Su-25 almağı planlaşdırır. Hansı ki, sovet dövründə bu təyyarələri istehsal edən zavod Gürcüstanda yerləşirdi. Rəsmi KİV-lər bu xəbərləri təkzib etdilər, ancaq aviasiya üzrə ekspert Tolqa Özbek təxmin edirdi ki, Türkiyə bu təyyarələri ala, onlar öz avionikası və silahları ilə təchiz edərək Azərbaycana sata bilər. Hansı ki, 2002-ci ildə Azərbaycan özü Gürcüstandan xeyli Su-25 almışdı.

Məqalədə bildirilir ki, Gürcüstanın Su-25 təyyarələrini heç bir Rusiya komponentlərini istifadə etmədən Ge-31 Bora adı altında istehsal etməyə yönəlmiş ambisioz planları var. Gürcüstan bu təyyarələri həm də ixrac etməyi nəzərdə tutur. Ciddi xarici investisiyalar olmadan bu planları həyata keçirmək mümkün deyil, belə investisiyanı yatırmağa ən uyğun namizədlər olaraq Ukrayna və İsrailin adları çəkilirdi. Lakin Azərbaycan da uyğun namizəddir. Azərbaycan bu layihəni maliyyələşdirə və hətta

“Tbilisi Aircraft Industries” şirkəti ilə Ge-31 Bora qırıcılarının onun istədiyi xüsusiyyətlərə uyğun, Türkiyə istehsalı olan sursatlarla təchiz edilən variantının hazırlanması barədə müqavilə də bağlaya bilər. Müəllifin fikrincə belə variant hər üç ölkə üçün faydalı olardı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Ən çox oxunanalar