Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan torpaqlarının məsələsi Vaşinqtonda yox, Azərbaycanda həll edilməlidir” - Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri: “Hal-hazırda erməni diasporunun dünyada apardığı son işlər onu göstərir ki, artıq onlar heç bir razılaşmaya imkan vermək istəmirlər”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son zamanlar Avropadan Azərbaycana qarşı yönələn qərəzli fikirlərinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bir neçə gün öncə “Azadlıq Radiosu”nun erməni bürosuna müsahibə verən Avropa Birliyinin Cənubu Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bildirdi ki, “Qarabağ ermənilərin rəyini nəzərə almadan münaqişənin hərtəfəli həlli mümkün deyil”. Amma son Brüssel görüşündən sonra Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin yaydığı açıqlamada tamamilə fərqli bir yanaşma yer almışdı.

Baş verənlərlə yanaşı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da səfərdə oldu. Hikmət Hacıyev prezident Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla və başqa mühüm şəxslərlə görüşlər keçirdi.

Avropanın qərəzli mövqeyini və Hikmət Hacıyevin ABŞ səfərini PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müzakirə edib.

Hafiz Hacıyev: “Avropa Birliyinin Cənubu Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın da Qarabağa yanaşması çox ədalətsiz yanaşmadır. Biz bu cür bəyanatlara çox da dözə bilmərik”.

Zaman-zaman Azərbaycana qarşı qərəzli mövqelərin olduğunu xatırladan partiyasədri bildirib ki, buna görə də Azərbaycan heç bir dövlətə arxayın olmamalıdır:

“Hal-hazırda erməni diasporunun dünyada apardığı son işlər onu göstərir ki, artıq onlar heç bir razılaşmaya imkan vermək istəmirlər. Avropa Birliyinin Cənubu Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın da Qarabağa yanaşması çox ədalətsiz yanaşmadır. Biz bu cür bəyanatlara çox da dözə bilmərik. Qarabağ da, Xankəndi də Azərbaycanındır. Dağlıq Qarabağ söhbəti də yoxdur. Orada yaşayan ermənilərin də heç bir rəyi nəzərə alınmamalıdır.

Erməni diasporunun son zamanlar Azərbaycana qarşı etdikləri bütün cəhdlərinin hamısı boşa çıxacaq. Avropa İttifaqının təmsil edən bir şəxsin bu cür yanaşması da Azərbaycana qarşı olan qərəzli bir mövqedir. Onsuz da zaman-zaman Azərbaycana qarşı qərəzli mövqelər olub və bundan sonra da olacaq. Buna görə də Azərbaycan heç bir dövlətə arxayın olmamalıdır.

Hafiz Hacıyev: “Biz öz gücümüzlə qalan torpaqlarımızı da düşməndən azad edib, sərhədlərimiz möhkəmləndirib sözümüzü deməliyik”.

Azərbaycan 44 günlük müharibədə işğalda olan torpaqlarının bir hissəsini azad etdi. Bundan sonra da biz öz gücümüzlə qalan torpaqlarımızı da düşməndən azad edib, sərhədlərimiz möhkəmləndirib sözümüzü deməliyik. Çünki Azərbaycan nə qədər sülhün tərəfində dayanıb gözləyirsə, düşməni müdafiə edənlər gündə bir status məsələsinin gündəmə gətirirlər.

Qalib dövlət heç vaxt müzakirə olunmur. Biz də qalib gəlmişik. İşğalda olan ərazilərimizi də azad edəndən sonra Azərbaycanın heç danışıqlara ehtiyacı qalmayacaq. Bu baxımdan düşünürəm ki, Azərbaycan Ordusu hər bir an hazır olmalıdır. Ordumuz hazır olmaqla bayrağımızı Xankəndinə taxmalıdır. Orada yaşayan ermənilər də bizimlə birlikdə yaşayarlarsa, yaşayarlar yaşamazlarsa da, özləri bilərlər. Bundan sonra “Azadlıq Radiosu”nun, “BBC” -nin nə deməsinin bizim üçün heç əhəmiyyəti olmayacaq”.

Hafiz Hacıyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ səfərini müsbət qiymətləndirərək qeyd edib ki, bu görüşlərinin nəticələri barədə rəsmi məlumatlar da verilməlidir:

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ səfəri müsbət haldır. Çünki nə olur olsun, görüşlər mütləq davam etməlidir. Eyni zamanda ABŞ-da bizi müzakirəyə çıxarırlarsa, bunun özü böyük işdir. Hikmət Hacıyevin görüşlərinin nəticələri barədə rəsmi məlumatlar da verilməlidir.

Görünən odur ki, dünya dövlətləri son vaxtlar ədalətsiz qanunlardan beziblər. Amma düşünürəm ki, Azərbaycan torpaqlarının məsələsi Vaşinqtonda yox, Azərbaycanda həll edilməlidir. Çünki ATƏT-in Minsk Qrupu 30 il bizi aldatdı. Ancaq öz mənfəətləri üçün işlədilər. Torpaqlarımızı azad edəndən sonra da onlar Azərbaycana minnətçi düşdülər. Buna görə də biz bütün məsələləri ancaq Azərbaycanın xeyrinə həll etməliyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar