Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Rusiyaya 21 ton fındıq ixrac edəcək

Xəbər verildiyi kimi, Azərbaycan məhsulları Moskvada keçirilən "Prodexpo 2019" beynəlxalq ərzaq sərgisində nümayiş olunur

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, artıq sərgidə iştirak edən Azərbaycan şirkətləri ilə xarici tərəfdaşları arasında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub.

Belə ki, Azərbaycanın "Azhazelnut" şirkəti 21 ton fındığın, "A+Co" şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına dair müqavilələr imzalayıblar. "Cəlilabad Şərab-2" şirkəti isə iki Rusiya şirkəti arasında 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub.

Bundan başqa, Azərbaycanın "Gilan Agro and FMCG Group" şirkəti konserv məhsullarının, "Cuve" şirkəti fındığın, "Aznar" şirkəti nar şirəsinin, "D fruits" şirkəti konservləşdirilmiş meyvə və meyvə qurularının, "Tac" şirkəti sərinləşdirici içkilərin, "Buta Agro" şirkəti isə istehsal etdiyi meyvə və tərəvəzin Rusiyaya ixracına dair razılığa gəliblər.

"Prodexpo 2019" beynəlxalq ərzaq sərgisi fevralın 15-ə kimi davam edəcək.

pia.az


Etiket: Fındıq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar