Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Rus İcmasının sədri Ermənistanın Rusiyadakı səfirinə açıq məktub göndərdi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin rusiyalı deputatların Bakıda keçirilən yürüşdə iştirakına görə Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vardan Toqayanın hiddətlənməsi ilə əlaqədar ona açıq məktub göndərib

Məktubda deyilir: “Cənab səfir. Təəssüf ki, siz haqlısınız. Rusiya dövləti Ermənistana həmişə ciddi kömək göstərib və göstərir, onu dəstəkləyib və dəstəkləyir. Rusiyanın sayəsində Ermənistan dövlətinin və erməni xalqının sosial-iqtisadi vəziyyəti hələ “mövcudluğunu” davam etdirir və “o, köpəyoğludur, amma bizim köpəyoğludur” prinsipi əsas götürülməklə Ermənistana hər şeyi bağışlayırlar.

Rusiyalı bir sıra parlamentarilərin və bəzi ictimai xadimlərin mövqeyinə görə sizin hiddətlənməyinizin səbəbi tamamilə aydındır, axı onlar Ermənistandan icazə istəmədən Xocalı faciəsinin qurbanlarına abidə önünə çiçəklər qoymağı, qolları heç bir təqsiri olmayan Xocalı sakinlərinin – qocaların, qadınların və uşaqların qanına dirsəyə qədər bulaşmış erməni nasistlərin hərəkətlərinə obyektiv münasibət bildirməyi özlərinə rəva görüblər.

Ermənistanın faşist ideologiyasının və Rusiyaya qarşı mübarizənin rəmzinə çevrilmiş nasist cani Qaregin Njdenin timsalında nasizmin təriflənməsinə və qəhrəmanlıq kimi qələmə verilməsinə görə monomillətli, millətçi Ermənistanı kim qınaya bilər?!

Ermənistanda rus əhalinin və rus dilinin sıxışdırılmasına, rus məktəblərinin bağlanmasına görə Ermənistanı kim qınaya bilər?!

“Dənizdən-dənizə böyük Ermənistan” kimi şovinist və “böyük millətçilik” arzusu naminə terrorizmə, qonşu dövlətin ərazisinin 20 faizinin işğal edilməsinə görə Ermənistanı kim qınaya bilər?!

Siz Rusiya ilə “dostluq və səmimi münasibətlər körpüləri salınması” barədə danışanda yəqin ki, Ermənistanın bu siyasətini nəzərdə tutursunuz.

Xoşbəxtlikdən, böyük Rusiyada nasist ideologiyasını əsas tutan Ermənistanın şovinist, millətçi siyasətinin nəyə gətirib çıxara biləcəyini anlayan siyasətçilər və ictimai xadimlər çoxdur və Rusiyanın “öz köpəyoğlusunun” hərəkətlərinə səbri tükənməz deyil”. (AzərTac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar