Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Qırğız İnkişaf Fondunun ilk iclası keçirilib - Foto

Azərbaycan-Qırğız İnkişaf Fondunun ilk iclasında funksional fəaliyyətə başlama istiqamətində müzakirələr aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının ilk iclası keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş”in dövlət başçısı İlham Əliyevin ötən ilin oktyabr ayında Qırğızıstana dövlət səfəri çərçivəsində imzalandığını xatırladıb və bu Sazişin qüvvəyə minməsi üzrə hər iki tərəfdən dövlətdaxili prosedurların başa çatdırıldığını bildirib.

İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılan Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatıracaq. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verəcək.

Tədbirdə Fondun maliyyə alətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu, kredit, qrant, investisiya, payın alınması kimi alətlər olacaq və alətlərin proporsionallığı müəyyənləşdiriləcək. İclasda Şuranın üzvləri Fondun fəaliyyətinin təşkili üçün həll edilməli olan məsələlərə dair zəruri çərçivəni nəzərdə tutan Yol Xəritəsinin hazırlanması, eləcə də maliyyələşmə, kreditin verilmə proseduru, layihələr üzrə meyarların müəyyən edilməsi və s. məsələlər ətrafında müzakirələr aparıblar.

Qeyd: Mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Mehriban Əliyeva “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı ilə bağlı paylaşım edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay